Bəzi qidalardakı bakteriyalar ana bətnində dölə çataraq uşağın düşməsinə səbəb ola bilir. Ona görə də hamilə qadınlar həmin qidalardan uzaq durmalıdır. Düşməyə və erkən doğuşa səbəb olan təhlükəli qidalarla sizi də tanış edirik:
İşlənmiş ət
Kolbasa, sosiska kimi işlənmiş ətlərdə listeria bakteriyası var. Listeria plasentadan keçib körpəyə çataraq, infeksiyaya və qan zəhərlənməsinə səbəb ola bilər. Bu da düşmə ilə nəticələnə bilər. Üzərində "bişmiş" yazılsa belə, işlənmiş ətləri yeməzdən əvvəl yüksək dərəcədə bişirmək lazımdır.
Hisə verilmiş dəniz məhsulları
İşlənmiş ətlər kimi, dondurulmuş və ya hisə verilmiş ətlər də listeria ehtiva etdiyi üçün uzaq durmaq lazımdır.
Yumşaq pendirlər
Qaymaq və yumşaq pendirlər kimi pasterizə edilməmiş süddən hazırlanan pendirlər E.coli bakteriyası, listeria, salmonella və kampilobakter kimi bakteriyalar ehtiva etdiyi üçün hamilələrə tövsiyə olunmur.
Çiy ət, qabıqlı dəniz məhsulları və çiy yumurta
Çiy dəniz məhsulları, az bişmiş, çiy ətlər koliform, salmonella və toksoplazmoz bakteriyası riski daşıdığı üçün düşməyə səbəb ola bilər. Mayonez və qaymaq kimi çiy yumurtayla hazırlanan yeməklər də böyük risk daşıyıcılarıdır.
Spirtli içkilər
Hamiləlikdə spirtli içki içmək spirt sindromu və digər inkişaf pozuqluqlarına yol aça bilər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub