Bu xəstəlikləri olanlar mütləq istifadə etsin

806
Bu xəstəlikləri olanlar mütləq istifadə etsin

Lobya ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün çox xeyirlidir.Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq.Lobya bişirilən suyu atmayın – bu su ilə üzünüzü yuyun. Bu üz dərisi üçün çox faydalıdır – dərini cavanlaşdırır, daha hamar və elastik edir.Yaşıl lobya zülallarla zəngindir.Bu zülallar orqanizm tərəfindən çox yaxşı mənimsənilir.Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları orada yığılan toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.
Arıqlamaq istəyirsinizsə, hər gün 1 qida qəbulun əvəzinə 200 qr yaşıl yobya suda bişirin və yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də arıqlayacaqsınız. Lobyanın tərkibində olan bəzi maddələr orqanimdə piyin əriməyinə kömək edir.
Şəkərli diabet xəstələri üçün də yaşıl lobya xeyirlidir – qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir. Yaşıl lobyanın tərkibində arginin aminturşusu var ki, bu maddə orqanizmə insulunə oxşar təsir edir.

Xəbər lenti