“Azərbaycanda ürək-damar xəstəlikləri epidemik xarakter alıb”
Ürək-damar xəstəlikləri bu gün ölkədə ən çox yayılan əsas xəstəliklərdən biridir. APA-nın xəbərinə görə, respublikanın baş kardioloqu Faiq Quliyev bildirib ki, son illər ölkədə ürək-damar xəstəlikləri epidemik xarakter daşıyır və belə xəstələrin sayı artır. Onun sözlərinə görə, ölkədə ürək-damar xəstəliklərindən olan arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60 % təşkil edir.
F. Quliyev qeyd edib ki, Azərbaycanda əhalinin orta yaş həddinin artması nəticəsində ürək çatışmazlığı halları da artıb: “Belə ki, əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13 faizdir. Ölkədə hər 1000 nəfərə 4 kəskin koronar sindromlu xəstə düşür. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunduqda, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir”

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub