Gözəl və sağlam dəriyə sahib olmaq üçün bəzi vərdişlərinizi dəyişdirməli olduğunuzu bilirsinizmi? Hər gün müntəzəm olaraq dəri baxımına ayıracağınız bir neçə dəqiqə ilə sağlam və təbii bir dəriyə qovuşa bilərsiniz.
Ailem.az sağlam, parlaq və işıldayan bir dəri üçün etməli olduğunuz 5 şeyi təqdim edir.
Dərinizi gündə iki dəfə təmizləyin
Səhər və axşam dəri təmizliyinə ayıracağınız bir neçə dəqiqə sağlam və təbii bir görünüşə qovuşmanızın ilk formuludur. Dərinizi gecə boyunca toplanan yağ və artıqlardan, gün ərzində isə kir, toz və makiyajdan təmizləmək üçün səhər və axşam üzünüzü təmizləyin. Dərisi quru və həssas olanların təmizləyici kremlərlə, yağlı dəriyə sahib olanların isə təmizləmə gelləri ilə üzlərini yumaları ən doğrusudur. Dəriniz zərər görməsin deyə, yumşaq ovalayaraq təmizləyin.
Nəmləndirici sürtməyi unutmayın
Qış mövsümündə dəri quruluğu şikayətləri artır. Nəmləndiricilər isə dərinin səthində incə qoruyucu təbəqə yaradaraq, zərərli xarici faktorlardan, çatlardan və qabıqlamadan qoruyur. Yalnız quru dərisi olanlar deyil, yağlı dərisi olanlar da nəmləndirici istifadə etməlidirlər. Ancaq yağlı dərisi olanlar yağ tərkibi az olan, su tərkibli nəmləndirici almalıdırlar. Əks təqdirdə yağ tərkibi çox olan nəmləndiricilər qara nöqtə və sızanaq ehtimalını artırır.
Dərinizi susuz buraxmayın
Dəri bütün bədənimizi saran və hər cür xarici amilə qarşı qoruyan ən böyük orqanımızdır. Dərinin təbii yolla nəmlənməsinin tək yolu isə su içməkdir. Gündəlik təxminən 8-10 stəkan su içmək lazımdır. Dəri yetərincə su ilə qidalanmasa, qırışlar, çatlar və bir çox dəri problemləri ortaya çıxır.
Qidalanma vərdişlərinizi dəyişin
Dəridəki yaşlanma təsirlərini yavaşlatmaq və qarşısını almaq üçün gündəlik qidalanma vərdişlərinizi gözdən keçirin. Sağlam dəri üçün meyvə, tərəvəz və proteinlə zəngin qidalanmağa üstünlük verin. Yeməkləri yeyərkən nə qədər şəkər tərkibli olduğuna fikir verin. Çünki şəkər və karbohidratlarla çox qidalanmaq dəri sağlamlığına mənfi təsir edir.
Gündə 8 saat yatın
Müntəzəm yatmayanda dincəlməyən hüceyrələrdə sərbəst oksigen radikalları ortaya çıxır və bu radikallar zaman içində birləşərək bədənin sağalma mexanizmini pozur. Dəridə qırışlar, sızanaq, elastikliyi itirmə, məsamə problemi, saç tökülməsi, dırnaq qırılması kimi problemlər də yuxusuz qalarkən qaçılmaz olur.