Yeni tədqiqatda ayaq və ovuc içi dərisinin qalınlaşması ölümcül xərçəng xəstəliyinin əlaməti olduğu ortaya çıxıb.
İnsanlar dabanlarının çatlamasına adətən heç kim fikir vermir. Ancaq bu yaxınlarda Londonda aparılan bir araşdırma göstərib ki, daban dərisinin sərtliyi göründüyündən daha təhlükəli ola bilər. Kraliça Mari Universitetinin alimləri qalınlaşmış daban dərisi ilə qida borusu xərçəngi arasında əlaqə olduğunu irəli sürüb.
Tədqiqatçılar sübut edib ki, qida borusu xərçəngi ovuc içlərində və dabanlarda dərinin sərtləşməsinə yol açır. Bəzi hallarda dəri o qədər qalınlaşır ki, xəstələrin dərisini ülgüclə kəsmək lazım gəlir.
Yemək borusu xərçənginə səbəb olan irhom2 geni, dərinin ən böyük komponenti olan keratini nəzarət altına alaraq ovuc içlərindəki və ayaq altındakı dərinin qalınlaşmasına səbəb olur. Mütəxəssislər bu kəşfin xəstəliyin müalicəsində olduqca faydalı olacağını söyləyib.
Qida borusu xərçəngi əlamətləri:
- Udma çətinliyi
- Mədə pozğunluğu və mədə yanması
- Bir şey yedikdən sonra dərhal hıçqırma
- İştaha və sürətli arıqlama
- Qarının üst tərəfində, sinədə və ya kürəkdə ağrı və narahatlıq.
Publika.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub