Yuxu insan üçün hava və su qədər vacibdir. Onun faydaları saymaqla bitmir.
Mynews.az Mətbuat.az-a istinadən xəbər verir ki, yuxu, stressdən qaynaqlanan tarazılıqlar və digər bu kimi fəsadları aradan qaldıra bilir. Bizi yatırdan hormonlar, oyanarkən xoşbəxtlik hormonu olaraq tanıdığımız seratoninə çevrilir və gözlərimizi ümidlə, sevinclə açmamızı təmin edir. Yuxu əsnasında immunitet sistemimiz güclənir və dayanıqlılığımız artır.
Yatarkən bütün orqanlarımız- ürəyimiz, mədəmiz, qaraciyərimiz və əzələlərimiz də daxil olmaqla orqanlar istirahət edir, təmizlənir və yenilənir. Yuxusuzluq (insomnia) cəmiyyətdə hər üç adamdan birində görülən əhəmiyyətli bir sağlamlıq problemidir. Bu problem həftə, ay və hətta illərlə davam edə bilər. Belə bir vəziyyətdə mütləq həkimə müraciət etməyiniz lazımdır.
Dərmanla təmin edilən yuxu sizə faydadan çox zərər gətirə bilər. Yatağa ac girməyin, ancaq yatma vaxtına yaxın saatlarda ağır yemək də yeməyin. Yatmazdan əvvəl siqaret çəkməyin və ya digər nikotin ehtiva edən qidalar qəbul etməyin. Bunlara əməl etsəniz tez yuxuya gedərsiz.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub