Qanda şəkərin yüksək olması halını təkcə diabet xəstələrinə şamil etmək olmaz.
Mynews.az Metbuat.az-a istinadən məlumatına görə, qlükozanın qanda nəzərdə tutulduğundan çox olması halına hər kəsdə rast gəlinə bilər. Bu da, insanın əsəb sistemi, damar və digər orqanlarda fəsadların yaranmasına səbəb olur.
Qanın tərkibində şəkərin normadan çox olmasını necə müəyyən etmək olar?
Məlumata görə, qanda şəkərin yüksək olması , hüceyrələrin qlükozayla təmin olunmasını əngəlləyir. Bu da, enerji itkisinə səbəb olub. Bütün bu proseslər isə insanda problemlərin əmələ gəlməsinə gətirib çıxarır.
Mütəmadi aclıq hissinin olması, səbəbsiz yerə yorğunluq, halsızlıq, ağızda quruluq, çəkinin azalması və digər bu kimi hallar qanda qlükozanın çox olduğuna işarə edir.