Bu içki immuniteti qaldırır, xərçəngin qarşısını alır

719
Bu içki immuniteti qaldırır, xərçəngin qarşısını alır

Tərkibi faydalı maddələrlə zəngin olan zəncəfil və yerkökü birlikdə möcüzə yaradır.

 Mynews.az axşam.az-a istinadən hər iki qidanın birlikdə faydalarını təqdim edir:

1. İmmunitet sistemini gücləndirir:

Bədənin müqavimət gücünü artıran zəncəfilli yerkökü suyu xüsusilə, uşaqlar və yaşlılar üçün çox faydalıdır. Yerkökünün tərkibindəki A və C vitaminləri immunitet sistemini gücləndirir.

2. Xərçəngin qarşısını alır:

Zəncəfilli yerkökü suyu təbii antioksidant olduğu üçün xərçəngə qarşı qoruyur. Zəncəfil isə yumurtalıq, mədəaltı vəzi, bağırsaq, döş, dəri kimi xərçəng növlərinə qarşı mübarizə aparır.

3. Həzm problemlərini azaldır:

Əgər həzm sistemi ilə bağlı sağlamlıq probleminiz varsa, zəncəfilli yerkökü suyu köməyinizə çatacaq. Həm yerkökü, həm də zəncəfil həzm sistemi və bağırsağın fəaliyyəti baxımından faydalı qida maddələri ilə zəngindir. Sadəcə yerkökü suyu içməklə qəbizlikdən xilas ola bilərsiniz. Zəncəfil isə mədənin təmizlənməsinə yardımçı olur. Ondan mədə bulantısı zamanı istifadə edirlər.

Hazırlanması:

Yerkökünü yuyub qabıqlarını soyun. Zəncəfilin də qabıqlarını soyub hər ikisini meyvə sıxacağına atın. Hazırlanan suyu stəkana tökün. Üzərinə yarım limon suyu sıxın. Zövqə görə darçın və ya duz da əlavə edə bilərsiniz.

Xəbər lenti