Böyük Britaniya alimləri demensiya, infarkt və insult zamanı yaxşı müalicəvi təsir göstərən yeni preparat hazırlayıblar.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bu preparatın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, dərman... adi şokoladdan hazırlanıb.
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, kakaonun tərkibində olan flavonoidlər adi çəkilən xəstəliklərin inkişafının qarşısını alır. Lakin flavonoidlərin lazım olan miqdarını almaq üçün insan gərək hər gün 400 qr şokolad yesin. Bu isə, təbii ki, insan orqanizmi üçün ziyanlıdır.
Bütün bunları nəzərə alaraq alimlər şokoladdan həblər hazırlayıblar ki, bu həblərin tərkibində flavonoidlərin konsentrasiyası maksimal həddədir.
Həmçinin mütəxəssislər ağır ürək-damar sistemi pozulmlarının və qocalıqla bağlı olan ağıl zəifliyinin profilaktikası üçün hər gün adi 100 qr-lıq şokolad "plitka"sının 1/4 hissəsini yeməyi tövsiyə edirlər. Söhbət yalnız tünd şokoladdan (tərkibində 70% və bundan çox kakao) gedir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub