Bayramda mədəniz ağrımasın deyə belə qidalanın MƏSLƏHƏT

781
Bayramda mədəniz ağrımasın deyə belə qidalanın MƏSLƏHƏT

Oruc tutarkən dəyişən qidalanma rejiminin yenidən əvvəlki vəziyyətə qayıtması həzm sistemi ilə əlaqədar bəzi narahatlıqlar yarada bilər. Odur ki, bir-birindən ləzzətli yemək və desertlərlərin hazırlanıb təqdim edildiyi Ramazan bayramını sağlamlıq problemləri ilə qarşılamadan qeyd etmək lazımdır. Bayramdan sonra bir neçə gündə artmış çəki problemi yaşamamaq üçün bəzi qaydalara əməl olunmalıdır. Mynews.az Ailem.az-a istinadən Ramazan bayramında sağlam qidalanma ilə bağlı həmin tövsiyələri təqdim edir.

Yüngül səhər yeməyi ilə günə başlayın

Bayramların ən gözəl tərəfi böyük və geniş süfrə arxasında yemək yeyilməsidir. Bu süfrələrin başlanğıcı bir aylıq orucdan sonra ləzzətli səhər yeməyidir. Ramazan boyu yavaşlayan maddələr mübadiləsini canlandırmaq üçün xüsusi bir qidalanma planınız yoxdursa, bayram günü səhər yeməyində seçiminiz pendir növləri, təzə yaşıl bibər, xiyar, pomidor, göyərti kimi tərəvəzlər, qaynadılmış yumurta, zeytun növləri və ya bunlardan hazırlanan qayğanaq, pomidor-yumurta, tam buğdalı və ya taxıllı çörəklər kimi sağlam və yüngül yeməklər yeyin.

Südlü yeməklərə üstünlük verin

Bayram ziyarətlərində yemək və içki seçiminiz mədə-bağırsaq problemi yaşamağınızın qarşısını alar. Xəmirli və bol şərbətli, ağır şirniyyatlar yerinə südlü, meyvəli şirniyyatlar, dondurma olduqca yaxşı variantdır. Turş və şəkərli içkilərdənsə təzə nanə, limon və ya darçınla hazırlanmış sərin su, təzə meyvədən sıxılmış təbii şirə, mineral su, təzə dəmlənmiş açıq qara və yaşıl çaylar içə bilərsiniz.

Bol su için

Orucluq boyu uzun müddət aclıqdan sonra bədənin su ehtiyacını qarşılamaq üçün bayramda, xüsusilə, isti havalı günlərdə bol su içmək lazımdır. Bayram qonaqlıqlarında içəcəyiniz çay və qəhvənin miqdarına diqqət etməlisiniz. Çay və qəhvə ilə yanaşı su içmədiyiniz təqdirdə bu içkilər bədəninizdə diüretik təsir yaradaraq, daha çox maye itirməyinizə gətirib çıxarar. Çay və qəhvəni şəkər istifadə etmədən için.

Yemək vaxtını ötürməyin

Bayram ziyarətləri və qonaqlıqlarında asan qəlyanaltı kimi atışdırmalıqlar etməyin. Günlər uzun olduğu üçün ana yemək payları ilə yanaşı, gündə 2-3 dəfə yaşınıza uyğun miqdarda təzə meyvə, qoz, badam yemək bədəninizi canlı tutacaq.

Şokolad və şəkərdə həddi aşmayın

Xüsusilə bayram qonaqlıqlarında qəbul edilən həddindən artıq şəkər və şokolad sağlamlığa ziyandır. Bayramda şirniyyat və şokolad yerinə qonaqlara quru xurma təqdim edin. Eyni zamanda, miqdarı ölçülü olmaq şərtilə fındıq, qoz, badam və quru meyvələrdən ibarət mini qablar hazırlaya bilərsiniz. Bu formada həm mineral və vitamin tərkibi zəngin, həm də ləzzətli təqdimatlar edə bilərsiniz.

Yağda qızardılmış yeməklərdən uzaq durun

Gündəlik həyatımızda olduğu kimi, yeməkləri hazırlayarkən qril, soba, buğlama və qaynatma üsullarından istifadə edin. Yağda qızardılaraq hazırlanan yeməkləri çox az yeyin, hətta mümkündürsə, heç yeməyin.

Qidalanma menyunuzdan kənara çıxmayın

Şəkər, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı və yüksək təzyiq kimi uzun illər davam edən xroniki xəstəlikləri olan şəxslər bayram müddətində də qidalanma menyularından kənara çıxmamalıdırlar. Sağlamlıq problemləri yaşamamaq üçün məsləhətlərə əməl edin.

Bayram ziyarətlərinə piyada gedin

Fiziki fəaliyyət həyatımızın hər anında olmalıdır. Xüsusilə bayramda özünüzə bu mənada fürsət yaradın. Yaxın olan yerlərə piyada gedərək bunu bir həyat tərzinə çevirməyi unutmayın.

Xəbər lenti