Siqareti tərgitmək istəyənlər, bu çaydan için XALQ TƏBABƏTİ

778
Siqareti tərgitmək istəyənlər, bu çaydan için XALQ TƏBABƏTİ

Reyhan sadəcə göyərti deyil, o bir çox dərdin dərmanıdır.

Mynews.az xəbər verir ki, reyhan bitkisindən xalq təbabətində bir çox xəstəliyin müalicəsində istifadə edirlər. Reyhan haqqında məlumatlar dahi İbn Sinanın elmi işlərində tapılıb. İbn Sina bu bitkidən sinir sistemi xəstəlikləri, yuxusuzluq zamanı istifadə etməyi tövsiyə edib.

Reyhandan hazırlanan çaydan xalq təbabətində istifadə edilir.

Çayın tərkibi:

Qaynamış bir fincan təmiz suya bir yemək qaşığı qurudulmuş reyhan əlavə edin. Çayı 15-20 dəqiqə dəmləyib rənginin çıxmasını gözləyin. Reyhan yaş olduğu halda acı dad verdiyi üçün qurudub istifadə edin.

Allergiyası olmayanlar gündə 2 stəkan çaydan içə bilər. İki həftə çayı içdikdən sonra iki həftə ara verin.

Reyhan çayının faydaları nələrdir?

Reyhan çayı siqareti tərgitmək istəyənlərə məsləhət görülür. Bu çay siqaret çəkmək istəyini azaldaraq ondan xilas olmağa yardım edir.

Ağızdakı pis siqaret, soğan, sarımsaq qoxusundan xilas olmaq istəyənlər bu çaydan içə bilər. Onu da qeyd edək ki, ağız qoxusuna qarşı reyhanı çiy halda da çeynəyə bilərsiniz.

Gündəlik həyatda stress və miqren problemlərindən qaynaqlanan baş ağrıları zamanı çaydan içmək məsləhət görülür.

Uzun səyahətlər zamanı əmələ gələn mədə bulantısı, baş ağrısı, baş gicəllənməsi kimi problemlər zamanı reyhan çayı faydalıdır.

Aybaşı vaxtı əmələ gələn sancılara da xeyirlidir.

Mətbuat.az

Xəbər lenti