Orqanizmdəki toksinlərdən necə xilas olmalı? Diqqət

835
Orqanizmdəki toksinlərdən necə xilas olmalı? Diqqət

Ətraf mühitin çirklənməsi səbəbindən intoksikasiya riski maksimum həddə çatıb. Bundan başqa, iqlim dəyişikliklərinə görə ucqar coğrafi bölgələrdə də toksinlə rastlaşmaq olur.

Axar.az xəbər verir ki, toksinlərə havada, suda, torpaqda - hər yerdə rast gəlmək olur. Orqanizmə daxil olan toksinlər bir müddətdən, bəlkə də onilliklərdən sonra orqanların disfunksiyasına zəmin yaradır.

Drenaj və Detoksikasiya nədir?

Drenaj - orqanizmdə artıq toplanmış və toplanmaqda olan toksinlərin mobilizasiyasının stimulyasiyası və daha sonra mübadilə prosesində neytrallaşdırılmaq üçün detoksikasiya orqanlarına daşınması deməkdir.

Detoksikasiya - insan orqanizmində daim gedən gündəlik proseslər arasında ən mühüm rola malik olan təbii proseslərdən biridir. Detoksikasiya müalicəsi (Detox-Kit vasitəsilə) orqanizmin təbii detoksikasion sisteminin fəaliyyətinə yardım göstərir.

Əgər orqanizmə daxil olmuş maddələrlə orqanların həyat fəaliyyəti arasında uyğunsuzluq olarsa (xarab, yararsız məhsullar, tərkibində zəhər olan maddələr, infeksiyalar, viruslar və s.), orqanizmin müdafiə qüvvələrinin təsiri nəticəsində bu və ya digər pozulmalar (ishal, qusma, ağrı, temperatura, dəri səpkiləri və s.) meydana çıxır.

Biotənzimləyici təbabətdə istifadə olunan detoksikasiya – orqanizmdən homotoksinin təbii yollarla xaric edilməsinin aktivləşdirilməsidir. Daha doğrusu, hepatobiliyar, həzm, limfa sisteminin, böyrək, sidik kisəsinin, dəri və tənəffüs yollarının fəaliyyətinin normallaşdırılmasıdır.

Qeyd edək ki, bu müalicə üsulları Bioloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən həyata keçirilir.

Detoksikasion terapiyanın əsas tətbiq mərkəzi limfatik sistemdir.

Xəbər lenti