Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq.
MEA-nın Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın əczaçılıq sənayesinin inkişafı məqsədilə dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verib.
İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanının Kral Səud universitetlərinin alimləri ilə birgə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlar aparılır: “AKİ-də maddələr sintez edildikdən sonra Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələli şəkildə həmin maddələrin antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlərin ilkin nəticələri müsbətdir. Aldığımız maddələr bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərir. Belə ki, bu maddələr qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.
Nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün Aşqarlar Kimyası İnstitutunun alimləri ilə birgə tədqiqatlar həyata keçiriləcək, yeni dərman maddələrin klinik sınaqları aparılacaq.
Qeyd edək ki, artıq AKİ-nin alimləri AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi göndərib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub