Ağızdan gələn xoşagəlməz qoxu insanların bədən, ruh və sosial sağlamlığına mənfi təsir edən amillərdən biridir. Bir çox insan bu mənfi fəsaddan əziyyət çəkir və ağızlarından gələn iyi gün ərzində özünü və ətrafındakılara diskamfort yaradır.
Ağız qoxusu burun, nəfəs yolları və ağciyərlə bağlı infeksiyalar, şəkər xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, metabolizma pozuntuları, badamcıq iltihabı və diş əti kimi problemlərdən xəbər verir. Ağızdan gələn xoşagəlməz iyi dost-tanış çevrəsindən uzaqlaşma, sosial mühitdə olmaqda çəkinmək kimi narahatlıqlara səbəb olur. Bunun qarşısını almaq üçün ilk növbədə kəskin qoxuya səbəb olan qida və içkilərdən uzaq durmaq lazımdır.
Mynews.az ailem.az-a istinadən ağız qoxusundan xilas olmağın təbii yollarını təqdim edir.
Limon
Sadə qazlı suyun içinə limon dilimləri atın. Suyu içib qurtarandan sonra limon dilimlərini yeyə bilərsiniz. Bundan əlavə mentollu və ya limon qoxulu sümürmə konfetlərdən də istifadə edə bilərsiniz.
Mixək
Mixək çeynəmək hər kəsin bildiyi ən ucuz ağız qoxusu aparma üsullarından biridir.
Qatıq
Probiotiklərlə zəngin hər cür yemək və içki (xüsusilə də qatıq) mütəmadi qəbul edildikdə ağız qoxusunu azaltmaqda əhəmiyyətli yer tutur.
Sinkli saqqız
Tərkibində sink olan diş pastası, saqqız kimi vasitələr də ağız qoxusunu itirir. Dişlərinizi fırçalaya bilmədikdə sinkli saqqızdan faydalanın.
Darçın
Darçın çeynəmək və ya darçınlı içkilər içmək ağızdakı bakteriyaları məhv edir.
Bol su içmək
Tez-tez və bol su içmək ağız qoxusunu azaltmaqda təsirlidir. Bol su içmək xüsusilə tüpürcəkli ağız qoxusunu önləməyə kömək edir.
Alma, armud, kök
Bu qidalar tərkibindəki lif sayəsində tüpürcəyi təmizləyir, nəfəsi təravətləndirir.
Pendir
Aparılan araşdırmalara görə, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır və dişlərin çürüməsinn qarşısını alır.
Nanə və cəfəri
Çiy-çiy bir neçə yarpaq nanə və ya cəfəri yemək nəfəsi təbii olaraq təmizləməkdə sizə kömək edəcək.