ABŞ alimləri bildirirlər ki, barmaqdan qan analizi heç də özünün doğrultmur. Çünki təhlil üçün lazımi qədər qan olmur. Bu da səhv nəticələrə gətirib çıxarır.
Vistanews portalı xəbər verir ki, alimlər 2 min könüllünün qan nümunələrinin göstəricilərini yoxladıqdan sonra bu qənaətə gəliblər.
ABŞ-ın Rays Universitetinin elmi əməkdaşları xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün istifadə olunan müxtəlif qan analizlərinin səmərəlilik səviyyəsi üzrə eksperimentin nəticələrini dərc ediblər.
Amerikalılar iddia edirlər ki, iki damcı qan hemoqlobinin, trombositlərin və leykositlərin sayının müəyyən edilməsi üçün kifayət etmir və yanlışlıqlara yol açır.
Dəqiq məlumat almaq üçün ən azı 6 damcı qan lazımdır.
Bununla yanaşı, alimlər barmaqdan qan analizinin şəkərli diabet və 40 faiz yoluxucu xəstəliklərin müəyyən edilməsində effektli olduğunu bildirirlər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub