Diqqət: Uşaqların əqli inkişafı üçün balıq vacibdir

889
Diqqət: Uşaqların əqli inkişafı üçün balıq vacibdir

Balıqda olan zülal, D vitamini, fosfor və kalsium kimi bədən üçün lazımlı maddələr bir sıra xəstəliklərə faydalıdır. Prof. Dr. Arslan, '' Balıq xüsusilə zülal və Omeqa 3 yağları cəhətdən çox zəngindir deyib. Bunlar, uşaqlarda sürətli olan beyin və göz inkişafında çox əhəmiyyətlidir. Həzmi asanlaşdırdığı üçün 7-ci aydan etibarən körpələrə balıq haşlanaraq ya da püre halında qida kimi verilə bilər.

Bir sıra xəstəliklərdə faydalı olduğu üçün həkimlər tərəfindən həftədə iki dəfə yeyilməsi məsləhət bilinən balıq depressiya ilə mübarizədə də çox faydalıdır. Enerji qaynağı olan balıq yorğunluğu aradan qaldırır, sterssi azaldır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, balığın depressiya əlamətləri olan həyəcan, kədər və halsızlığı minimuma endirir. Onuda qeyd etmək lazımdır ki, balıq dəriyə müsbət təsir göstərərək qocalma prosesini yavaşladır. Ürək fəaliyyətini lazımi səviyyədə qoruyan balıq, uşaqların əqli inkişafı üçün də vacib olan qidadır. Yaddaş və hafizə xəstəliyi riskini azaltmaq istəyənlərə də mütləq balıq yemək məsləhət bilinir.

Tərkibində A, C, E və B qrupu vitaminləri ilə bərabər, kalsium, dəmir, maqnezium, fosfor, kalium və selenium mineralları olan balıq, eyni zamanda, protein mənbəyidir. Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva etdiyi üçün ən zəngin qidalar siyahısındadır.

Xəbər lenti