Bunu da eşitdik! Çılpaq yatmaq son dərəcə vacib və FAYDALI İMİŞ

812
Bunu da eşitdik! Çılpaq yatmaq son dərəcə vacib və FAYDALI İMİŞ

Sən demə, çılpaq yatmağın müalicəvi faydaları varmış.

Mynews.az  xəbər verir ki, “The Telegraph” qəzeti gecələr çılpaq yatmağın faydalarından bəhs edən yazı dərc edib.

Məqalədə deyilir ki, ABŞ-dakı Stanford Universiteti Milli Uşaq Sağlamlığı və İnsan İnkişafı İnstitutu tərəfindən 2015-ci ildə aparılmış elmi araşdırma, kişilərin alt paltarında yatmasının sperma istehsalına mənfi təsirini göstərib.
Araşdırmanın nəticələrinə görə kip gecə paltarları xayaların temperaturunu artırır ki, bu da kişilərdə spermaların keyfiyyətinə mənfi təsir göstərir. Bunun əksinə daha boş və rahat gecə paltarları sperma keyfiyyətini 25 faiz artırır.
Lakin bu, gecələr çılpaq yatmağın yeganə faydası deyil.
Kişilər bu səbəbdən həyat yoldaşları ilə seksdən qaçırlar. Əksər yuxu ekspertləri deyirlər ki, gecələr yataqda “anadan gəlmə” yatsanız, bədəninizə öz temperaturunu daha yaxşı tənzimləmək imkanı vermiş olacaqsınız. Bu isə öz növbəsində daha yaxşı və daha dərin yuxuya kömək edir.
Təcrübələr göstərib ki, çılpaq yatmaq partnyorlar arasında daha mehriban münasibətlərin yaranmasına kömək edir. 1000 nəfər arasında aparılmış sorğu göstərib ki, çılpaq yatan cütlərin 57 faizi özlərini daha xoşbəxt hiss edirlər. (Azərbaycan BBC)

Xəbər lenti