Gün ərzində 2 litr su qəbul etməyin orqanizimə hədsiz xeyiri var. Bədənin 70%-i sudanibarətdir, buna görə də hər gün maye qəbulunu qoruyub saxlamaq lazımdır.
Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhhətimizdə yaranan bəzi problemləri ilıq su içərək aradan qaldırmaq mümkündür. Əgər həzm problemləri yaşayırsınızsa, nizamlı olaraq ilıq su içməyə başlayın. İlıq su həzm sisteminin yaxşılaşmasına köməklik göstərir.
Ac qarnına hər gün ilıq su içsəniz, yoğun bağırsağınız təmizlənər və qəbizlik probleminiz olmaz. Qəbizlik bağırsaqda kifayət qədər maye olmamasından yararlanır. İlıq su bağırsaqları yumşaldır və qarnı rahatlaşdırır. Möhkəm bir pəhriz və məşq proqramı tətbiq edirsinizsə, ilıq su içərək bədənizdəki artıq kiloların atılmasına kömək edə bilərsiz. İlıq su bədən istiliyini yüksəldərək, maddələr mübadiləsini artırır. Beləcə, bədən daha çox kalori yandırır. Eyni zamanda bədəndə yığılan yağların əriməsini də asanlaşdırır. Daha çox təsir eləmək üçün hər səhər bir stəkan ilıq suya bir miqdar limon suyu əlavə edərək içə bilərsiniz.
İlıq su bədəndəki toksinlərin atılmasına kömək edir. Bədəndən toksinlər xaric olunduqda dərinizdəki hüceyrələr yenilənir, dərinin elastikliyi artır.Yuxu problemləri olanlar da yatmazdan əvvəl bir stəkan ilıq su içsə, bədən rahatlaşar və yuxu problemi olmaz.
Bir neçə stəkan ilıq su içdikdə bədən istiliyi artır. Bədəndəki toksinlər tərləməylə birlikdə xaric olunur. Toksinlərin atılması bir tərəfdən də dəri problemlərindən xilas olmağa kömək edir.