Avstraliyalı alimlərin apardığı araşdırmaların nəticəsi belə deməyə əsas verir.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, insan istəmədiyi halda maye qəbul edərsə, beyindəki udqunma önləyici mexanizmin fəaliyyəti pozulur. Bu da insanın sudan zəhərlənməsinə gətirib çıxara bilir. Fəsadlar təkcə bununla bitmir. Normadan artıq maye qəbulu qandakı natriumun anormal dərəcədə azalmasına yol açır.
Elm adamlarının sözlərinə görə, belə hallarda insanda ürək bulanması, üşümə, beynin fəaliyyətinin pozulması kimi fəsadlar müşahidə oluna bilir. Bəzən həmin şəxsin hətta komaya düşmə təhlükəsi də yaranır. Bu vəziyyətdə insana ilkin tibbi yardım göstərilməsə tələfat qaçılmaz olur.
Alimlər bəyan edir ki, marafon yarışlarında həddən çox maye qəbul etdiyinə görə idmançılar arasında dəfələrlə ölüm halları qeydə alınıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub