Çәkilәn hər bir siqaretdə sağlamlığa zərər verən və insanı zəhərləyən minlərlə kimyəvi maddə var. Bu kimyəvi maddələrin 81-i birbaşa xərçəngə səbəb olduğu bilinir. Sağlam bir həyat üçün insanın siqaretə heç başlamamağı üstün tutulsa da, siqareti tәrgitmәk da yenidən daha sağlam olmaq üçün böyük əhəmiyyət daşıyır. Siqaret çəkən insanların yaşadıqları sağlamlıq problemləri, siqareti tәrgitdiyi gündən etibarən düzəlməyə başlayır.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, siqaret çəkən insanların az qala hamısı siqaretin zərərlərinin fərqində olsalar da, çәkmәyә davam edirlər. Bunun səbəbi insanları davamlı siqaret çәkmәyә məcbur edən və çox güclü asılılıq yaradan nikotin adı verilən maddədir.
Nikotin beynə çatdığında bəzi hormonların ifraz olunmasına səbəb olaraq sakitləşməyə səbəb olur.
Ancaq zamanla bu dəyişikliklərin davam edə bilməsi üçün bədən daha çox nikotinə ehtiyac duyar. Beləliklə çәkilәn siqaretin miqdarı artar. Çəkilən hər siqaret insan həyatından 12 dəqiqə azaldır. Siqaret çəkənlərdə 15-20 qat daha çox xərçəng müşahidә olunur. Siqaret yalnız xərçəngə səbəb olmaz. KOAH deyilən xəstəliyin də 90%-dən çox səbəbi siqaretdir. Bundan başqa siqaret çəkənlərdə infarkt keçirmə, beyin damar xəstəlikləri, iflic və qanqren riski daha çoxdur.