Zərərli bildiyimiz, əslində faydalı olan qidalar

771
Zərərli bildiyimiz, əslində faydalı olan qidalar

Zərərli olaraq bildiyimiz və yeyilməməsi məsələsində daim xəbərdarlıqlar aldığımız qidalar ilə bağlı ciddi bir həqiqət ortaya çıxıb.

Mynews.az deyerler.org-a istinadən bildirir ki, zərərli bildiyimiz əslində faydalı olan bəzi qidalar aşağıdakılardır:
 
Ton balığı konservi
Konserv və təzə ton balığı zülal baxımından demək olar ki, bərabər səviyyədədir. Konservanın 85 qramında 16 q, təzə ton balığının 85 qramında da 20 q zülal var. Ton balığı necə istehlak olunmasından asılı olmayaraq, dəri və saçları sağlam saxlayan Omega-3 yağ turşuları baxımından olduqca zəngin bir qidadır.
 
Banan

Bir bananda orta hesabla 110 kalori və 14 q şəkər olur. Amma banandakı bol miqdarda kalium təzyiqi aşağı salmağa kömək etdiyi kimi, tərkibindəki antioksidant və C vitamini də xərçəng təhlükəsini azaldır.
 
Şokolad
Şokolad şüurlu istehlak olunduqda, orqanizmdə stressi yox edən kortizon hormonunun ifraz olunmasını təmin edir. Bundan başqa, qan təzyiqi ilə xolesterini tənzimləyir və beynin daha sürətli işləməsini təmin edir.
 
Popkorn
Popkorn tam taxıl və lif baxımından olduqca zəngin bir qidadır. Əlbəttə, kərə yağı və duz ilə əlavə olunmaması şərtilə... Buxarda bişən adi və təbii popkornun bir stəkanı sadəcə 30 kaloridir. Sadə vəziyyətdə yeməyi xoşlanmırsınız, azca dəniz duzu səpə bilərsiniz.
 
Lobya konservi
Konservlər quru lobyalara nisbətən daha çox natrium tərkibə malik olsa da, qida dəyərləri ümumilikdə eynidir. Hər ikisi də eyni dərəcədə kalori ehtiva edir və ikisində də təxminən 14 q zülal və 12 q lif var.

Xəbər lenti