Son zamanlar bütün dünyada sonsuzluq problemi artmaqdadır.
Aparılan bəzi araşdırmalara görə, bu problemin artmasının bir səbəbi də qəbul etdiyimiz qidalardır.
Gündəlik həyatda tez-tez qəbul etdimiz bir çox qidalar övlad sahibi olmaq şansını aşağı salırmış.

Mütəxəssislər xüsusilə də kişilərin yedikləri ərzaqlara ehtiyyatlı yanaşmalı olduqlarını bildirir.
Araşdırmaya görə, bol balıq, meyvə və az yağlı süd məhsulları yeyən kişilər uşaq sahibi olmaq məsələsində olduqca şanslıdır. Çünki İspan tədqiqatçılar omega-3 yağ turşuları, sink və D vitamini baxımından zəngin bir pəhrizin sperma keyfiyyətini artırdığını deyir. E vitamini, C vitamini, selen və folat da olduqca faydalıdır.
“Rovira i Virgili” Universitetində aparılan tədqiqat isə spirt, kofein, və qırmızı ətin uşaq sahibi olma şansını azaltdığı ortaya çıxarıb. Həmçinin, kartof və pendir də sperma keyfiyyətinə mənfi təsir edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub