Son günlər havaların sərt keçməsi xəstəliklərin, virus yoluxmalarının artmasına səbəb olub. Nəzərə alsaq ki, fevral çıxmayıb, Kiçik Çilədir,deməli, soyuq və şaxtalı hava hələ bizimlədir.
Bəs soyuq havalarda qripdən necə qorunmalı?
Şirin kartof yeyin
Şirin kartofun görünüşü normal kartofu xatırlatsa da, içi daha tünd rəngə sahibdir. Dadı bişmiş şabalıdı xatırladan şirin kartofun ən çox lif nisbəti yüksəkdir. Bir ədədində 26 q karbohidrat saxlayan tərəvəz, immunitet sistemini qorumaq və soyuqlamanın qarşısını almaq gücünə sahibdir.
Günün istənilən saatı banandan istifadə edə bilərsiniz
1 ədəd bananın tərkibində 370 mq kalium var. Bu da yüksək təzyiq riskinin sıfıra endirilməsi deməkdir. Gündəlik maqnezium və B vitamini ehtiyacını qarşılayan bananı səhər yeməyi zamanı fistıq əzməsi və mürəbbə ilə birlikdə yeyərək, enerjinizi yüksəldə, çölə çıxdığınız zaman soyuqdan qoruna bilərsiniz.
"Biraz bəhməz yeyin, üşüməzsiniz”
Üzüm, tut, ardıc və keçibuynuzu kimi növləri olan bəhməz, təbii və qatqısız olaraq qəbul edilərsə problem yaratmaz. Hər səhər nahardan əvvəl, ya da sonra bir yemək qaşığı bəhməz, sizi gün içində isti tutmağa kömək edər. Bəhməz tərkibindəki təbii şəkər sayəsində qan təzyiqinizi lazım olan səviyyəyə gətirərək enerjinizi qoruyar.
Qoz hər zaman faydalı qida hesab olunur
Eyni zamanda qışda daha da işə yarayır. İstər tək, istər salatınızın içində, istər şirniyyatla birlikdə yeyin, qoz hər vəziyyətdə öz xilaskarınız ola bilər. Hər gün nizamlı olaraq üç-dörd ədəd yeyilməsi tövsiyə edilən qoz, ürək döyüntülərini tənzimləyər, Omeqa-3 və Omeqa-6 yağları sayəsində üşümənizə də mane olar.
Qan azlığı ilə bağlı üşüyən insanların bir nömrəli xilaskarı - Balqabaq
A, C, K vitamini, kalium, fosfor, maqnezium və kalsiumla zəngin olan balqabaq, qan azlığı səbəbindən üşüyən şəxslərin köməyinə çata bilər. Yüksək nisbətdə lif ehtiva edən bu qida, həzm sistemini rahatlaşdıraraq sürətləndirir. Ürək narahatlıqlarının da qarşısını alan bal balqabağı, əzələləri gücləndirərək bədən müqavimətini iki qat artırır.
Sizi bir neçə satin içində sağaldacaq vasitə - Zəncəfil
Əslində zəncəfilin faydalarını saymaqla bitməz, ancaq ən məşhurları arasında tənəffüs yollarını açması, yaxşı bir antioksidant olması və yuxunu rahatlatmasını göstərmək olar. Üşüməmək məqsədiylə içdiyiniz hər bir zəncəfil çayı bütün orqanizm üçün böyük yaxşılıq deməkdir. Mədə narahatlıqlarını yaxşılaşdırır, bağırsaqdakı işləyişi təmin edir. Ən əhəmiyyətlisi ürək fəaliyyətini tənzimləməyə yardımçı olur.
Dərinizi qoruyacaq bir qida - Hindqozu yağı
Diqqəti üşüməməyə ayırıb, dərinin soyuqdan görə biləcəyi zərəri unutmaq olmaz. Ən azından şirniyyatlarda Hindqozu yağına yer verərək qida rasionunuza daxil edə bilərsiniz. Qida olaraq qəbul etməyi xoşlanmırsınızsa, dərinizin quru bölgələrinə sürtə bilərsiniz.