Bəkməzin FAYDALARI

1071
Bəkməzin FAYDALARI

Bəkməzdə baldan 8 dəfə çox dəmir var.

 Bəkməz qan azlığında, mineral çatışmazlığında, saç tökülməsində və sairələrdə istifadə oluna bilər.

Miraslarımızdan bizlərə nələr qalıbsa hamısı faydalı və lazımi qidalardır. Bu yazını mən ona görə yazıram ki, son dövrlər sosial şəbəkələrdə bəkməzin heç bir xeyri yoxmuş kimi fikirlər səslənilir. Guya bəkməz qaynayan zaman tərkibi parçalanır, heç bir vitamini, mineralı qalmır, xərçəng əmələ gətirir və s. Xahiş edirəm, elə yazıları paylaşanlar fikirlərini bildirsinlər, mən də bəkməzin faydaları barədə onlara cavab yazım.

Bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin və 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır. Bəli, onunla razıyam ki, bəkməz təzə meyvənin yerini verə bilməz. Çünki bişəndə bəzi vitaminlər (hansı ki, suda həll olur) parçalanır, amma yağda olan vitaminlər və minerallar parçalanmır.

Bəzi xüsusiyyətlərinə görə bəkməz meyvələrdən üstündür, məsələn tut meyvəsi cəmi 15-20 gün yeyilir, amma tut bəkməzini bütün il boyu istifadə etmək olar. Bəkməz qan azlığı, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (doşab ağızda bir müddət saxlanılır, sonra udulur), tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır, çünki uşaqların minerallara daha çox ehtiyacı vardır. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

 

Azərbaycanda bol xurma (xirnik) yetişir, demək olar çoxusu istifadə olunmadan xarab olur. Biz xurma bəkməzinin faydalarını bilsək və onu xalqımıza sevdirə bilsək ən azından insanlarımız faydalarını görərdilər. Xurma doşabında olan yod heç bir doşabda yoxdur. Əgər dəriniz qurudursa, həyacanlanısınızsa, arıqlayırsınızsa, ürək döyüntüləriniz varsa xurma doşabının əvəzi yoxdur.
Bizdə çox olan doşablardan biri də üzüm doşabıdır. Başdan-başa enerji mənbəyi, qaraciyərin dostu desək yanılmarıq, həm də dalaq böyüməsində faydalıdır. Şəkər xəstələri doşabı çox az istifadə etməli, yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.

Əncir bəkməzi ürəyi zəif olanlar, tez-tez qıcolmaları olanlar, öskürəkdən əziyyət çəkənlər üçün, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Əncir bəkməzi ürəyin vurma gücünü artırır, dəridə səpmə və ləkələri olanlar üçün də həmçinin faydalıdır.

Tut bəkməzi çox istifadə olunan və belə deyək bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərində də çox faydalıdır. Bəkməzi həm su ilə qarışdırıb içə bilərsiniz, həm də gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içə bilərsiniz.

 

Xəbər lenti