ABŞ alimləri enerji içkilərinin kokain asılılığına gətirib çıxardığını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Merilend Universitetinin alimləri iddia edib ki, enerji içkiləri kokain asılılığında "körpü" kimi çıxış edə bilər. Araşdırmanın nəticələri “Drug and Alcohol Dependence” jurnalında dərc olunub. Bu araşdırma enerji içkilərinin istehlakının gələcəkdə psixoaktiv maddələrin istifadəsinin əhəmiyyətli təsiri barədə xəbər verir.
Amerika alimlərinin araşdırması göstərib ki, tərkibində çoxlu şəkər və kofein olan içkilərdən istifadə edən 21 və 25 yaşlı gənclər daha çox kokain asılılığına düşür. Bundan əlavə, gələcəkdə belə insanlar ya alkoqolizmdən əziyyət çəkir, ya amfetamin, yaxud da stimulyator (Gücü artırıcı həb) istifadə edir.
Tədqiqatda 1099 nəfər iştirak edib, onların yarıdan çoxu fəal enerji içki istifadəçisi olub. Bu tədqiqat bir daha sübut edir ki, energetik içkilər ilk baxışda göründüyü kimi zərərsiz deyil.
Məlumat üçün bildirək ki, bir butulka enerji içkisində 3 stəkan qəhvədən daha çox kofein var. Energetik içkilərin istifadəsi ürək-damar və sinir sistemi, həddindən artıq yorğunluq və yuxusuzluq problemləri yarada bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub