Çin alimləri əmindirlər ki, acı yemək insanın ömrünü uzadır. Yeməyin Çili bibəri və karri istiotu ilə dada gətirilməsi vaxtsız ölüm hallarının qarşısını alır. Acı yemək respirator xəstəliklərin, işemiyanın, habelə onkologiyanın inkişafının qarşısını alır.
Çin Tibb Elmləri Akademiyasının tədqiqatçıları ölkənin orta və ahıl yaşlı yarım milyon sakininin sağlamlıq durumunu müşahidə ediblər. Alimlər yeddi il ərzində onların sağlamlıq durumuna nəzarət ediblər.
Məlum olub ki, acı yeməyənlərlə müqayisədə acı yeyənlər arasında ölümün səviyyəsi 14 faiz azdır. Həftədə bir-iki dəfə acı yeyən çinlilər arasında bu rəqəm bir qədər aşağı - 10 faiz təşkil edib.
“Zdorovye Mail.Ru”nun yazdığına görə, acı yeyənlər arasında onkoloji, tənəffüs sistemi və ürək xəstəliklərindən ölüm riski xeyli azdır.
Eksperiment iştirakçılarının rasionunda təzə və qurudulmuş Çili bibəri olub. Təzə çiliyə üstünlük verənlər arasında diabetdən ölüm riski az olub. Alimlərin fikrincə, acı ərzaqların tərkibindəki bioaktiv maddələr orqanizmin müdafiə sipərini stimullaşdırır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub