ABŞ-ın Arizona Universitetinin alimləri günorta yuxusunun uşaqlarda nitqin inkişafına müsbət təsir etdiyini müəyyənləşdiriblər.
Mynews.az-ın məlumatına görə,“Komsomolskaya pravda” saytına istinadla xəbər verir ki, 40 uşağın iştirakı etdiyi tədqiqatlarda körpələr iki qrupa ayrılıblar. Birinci qrupun iştirakçıları mütəmadi olaraq öyrəndikləri bir neçə sözdən sonra günorta yuxusuna yollanıblar. Digər qrupun uşaqları isə eyni sözləri öyrəndikdən sonra yatmağa deyil, oyun meydançasına və ya yeməyə aparılıblar. Araşdırmalardan günorta yatan uşaqların digərlərinə nisbətən öyrəndikləri sözləri daha yaxşı qavradıqları məlum olub.
Bununla yanaşı alimlər belə qənaətə gəliblər ki, uşaqların böyüklərdən fərqli olaraq sutkada səkkiz deyil, 10-12 saat yatmaları vacibdir.
Onların fikrincə məhz bu yuxu rejiminə əsasən tam dincəlməklə yanaşı, uşaqlarda idrak qabiliyyəti də daha yaxşı inkişaf edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub