Heyvan dişləməsinin əsas təhlükələri yerli irinli prosess, sepsis (qana infeksiyanın düşməsi), quduzluqdur (ağır infeksion xəstəlik).
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, istənilən heyvandan (canavar, tülkü, it, pişik, inək, qoyun, siçovul və s.) insana quduzluq virusu keçə bilər. Bu virus dişlənmə zamanı xəstə heyvandan insana keçir. İnsandan insana virus keçmir.
Heyvan üz, boyun, baş nahiyəsindən dişləyibsə, bu xüsusilə təhlükəlidir.
Quduzluq virusuna yoluxmuş insan müalicə olunmadığı təqdirdə 100% hallarda həlak olur. Bu səbəbdən belə hallarda insan dərhal həkimə müraciət etməli və lazım olan xüsusi müalicə kursu almalıdır.
Müalicə
İlk növbədə yaranı axar suyun altında sabunla 5 dəqiqə ərzində yumaq lazımdır. Daha sonra yaranın qıraqlarına yod, spirt və s. kimi antiseptiklər sürtülür, yaraya steril sarıq qoyulur.
Bundan sonra insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Xəstəxanada yara işlənilir və lazım olduqda (bu yaranın yerləşməsindən, dərinliyindən və s. asılıdır) onun içinə və ətrafına immunoqlobulin iynəsi vurulur.
Daha sonra xəstəyə quduzluq əleyhinə vaksin vurulur. Vaksin ən çox 6 dəfə müəyyən sxem üzrə (1-ci, 3-cü, 7-ci, 14-cü, 30-cu və 90-cı gün) qola vurulur.
Vaksin vurulandan sonra xəstə ən azı 30 dəqiqə ərzində tibb işçilərinin nəzarəti altında qalmalıdır.
Müalicə kursundan sonra xəstəyə vaksinin tip və seriyası qeyd olunan arayış verilir.
Vaksindən əlavə xəstəyə antibiotik təyin olunur.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub