Orqanizmin normal fəaliyyəti üçün ona zülallar, karbohidratlar, yağlar və bir çox digər maddələr lazımdır.
SaqlamHeyat.az xarici mətbuata istinadən bildirir ki, bu maddələr insan orqanizminə mürəkkəb formalarda daxil edilir. Orqanizm isə onları daha sadə maddələrə parçalayır ki, bu maddələr bizi həyat üçün lazım olan enerji ilə təmin edir və orqanizmin hüceyrələri üçün "tikinti materiallar" funksiyasını yerinə yetirir. Bütün bu proses həzm, endokrin, sinir və qan sistemlərinin birgə fəaliyyəti nəticəsində baş verir.
Mədəaltı vəzi həzm proseslərində əsas rollardan birini oynayır. Məhz mədəaltı vəzi zülallar, yağlar və karbohidratların parçalanması üçün lazım olan maddələri - fermentləri sintez edir. Bu fermentlər 12 barmaq bağırsağa düşür. Digər tərəfdən mədəaltı vəzi qanda şəkərin səviyyəsini tənzimləyir. Bu mədəaltı vəzi ifraz edən 2 hormonun köməyi ilə (insulin və qlükaqon) baş verir. Beləliklə, mədəaltı vəzi orqanizmdə çox vacib funksiyaları yerinə yetirir və bu orqanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Xoşbəxtlikdən, bu orqanı müalicə etməyə kömək edən gözəl xalq vəsaiti var: Qarabaşaq və qatıq!
Axşamdan bu vasitəni hazırlamaq lazımdır. 0,5 litr qatıq və 1 stəkan qreçka(qarabaşaq yarması) götürün.
Yarmanı yuyub, diqqətlə təmizləyin. Bir qaba töküb üzərinə qatığı əlavə edin.
12 saatdan sonra iki bərabər hissəyə bölün, alınan qarışığı səhər yeməyinin əvəzinə yeyin, ayırdığınız ikinci hissəni isə şam kimi qəbul edin.. Faydalı olması üçün 2-3 gün ərzində yemək qəbuluna fikir verin.
Nahara buğa verilmiş toyuq, mal əti və tərəvəzlər yeyin. Belə pəhrizi 3 gün edin, sonra da 10 gün fasilə edin və yenə də təkrar başlayın. Müalicə 3 günə öz effektini verəcək!