Qurban bayramında 4 gün yağlı ətdən bişirilmiş yeməklər insan orqanizminə nə dərəcədə ziyanlı olar? Xəstəliyi olanlar bayram ərəfəsində bu qidalardan özlərini necə qorumalıdırlar? Yağlı yeməklərin insan orqanizminə ziyanlı olmaması üçün daha çox nələrdən istifadə etmək lazımdır?
Metbuat.az-ın bu suallarına terapevt Nahid Məhərrəmov cavab verib. O bildirib ki, hər yeməkdən yemək olar, ancaq az: “Yağlı yeməklər ürək, ürək-damar, xolestroll, böyrək, qaraciyər xəstəlikləri, daimi hepertaniyası olanlara, artıq çəkili, arterial təzyiqli şəxslərə daha çox ziyandı. Buna görə də onlar daha diqqətli olmalıdırlar. Əlbəttə, nəfsləri istəyirsə, az şəkildə qidalana bilərlər. Sadaladığım xəstələr yaxşı olar ki, bu qidalarla bərabər, onlara xeyirli olan tərəvəzlər də yesinlər. Arterial təzyiqi yuxarı olanlar yağlı yeməklərin yanında turş qidalar yeyə bilər. Həmçinin yağlı qidaların rahat həzmi üçün daim hərəkətdə olmaq məsləhətdir. Və orta temperaturda bolluca maye qəbul etmələri məsləhətdir”.
Bəzən bayramlarda evdə baş qarışıq olduğu üçün valideyinlər azyaşlı uşaqlara ayrı yemək hazırlaya bilmirlər. Ona görə uşaqlara da ümumi süfrə üçün bişirilən yeməklərdən verirlər. Bəs bu düzgündürmü? Pediatr Cəmilə Dadaşova bildirdi ki, əslində, yağsız quzu, çəpiş, keçi əti uşaqlar üçün faydalıdır: “Əlbəttə, 7-8 aylıq, 1 yaşlı uşaqlara yox, ancaq 4-5 yaşlı uşaqlara ümumi bişirilən yeməklərdən yedirtmək olar. Bu günlərlə satışda qalan, texnoloji işlənmiş, ya süni qatqılı ət deyil ki, ziyanlı olsun. Təbii, təzə ət orqanizmə enerji verir. Uşaqlara əsasən şəkər vermək olmaz. Çünki işlənmiş şəkər həm böyüklərdə problem yaradır, həm də uşaqlarda maddələr mübadiləsinin funksiyasını pozur”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub