Alimlər yeni araşdırma zamanı aşkar ediblər ki, darçın orqanizmdə piyin yığılmasını ləngidir və ürək xəstəliklərinin riskini azaldır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, alimlər bunu siçovulların üzərində aparılmış eksperimentlər nəticəsində aşkar ediblər. 12 həftə ərzində siçovullara yağlı qidalar verilirdi. Bu müddət ərzində siçovulların bir qrupunun qidasına darçın əlavə olunurdu, digər qrupuna yox.
Eksperimentin sonunda məlum olub ki, darçın alan siçovullar daha az çəki yığıb və onların qarnında piy qatı daha azdır. Həmçinin onların qan analizlərində olan şəkər, insulin, yağların səviyyəsi daha aşağıdır.
Bundan əvvəl keçirilmiş araşdırmalar göstərib ki, darçın beyini demensiya (ağıl zəifliyi) və Parkinson xəstəliyinən qoruyur, kolorektal xərçəngin müalicəsində kömək edir, ürəyin sağlamlığına müsbət təsir edir.
Darçını istənilən qidalara və içkilərə (çay, qəhvə) əlavə etmək olar. Darçını toz şəklində deyil, borucuqlar şəklində alin. İstifadə etdikdən əvvəl darçının kiçik tikəsini kəsin və qida və ya içkiyə əlavə edin.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub