Süd vəzinin xərçəngi qadınlar arasında ən çox yayılan onkoloji xəstəlikdir. Statistik məlumatlara görə, hər səkkiz qadından biri bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Ancaq bu gün döş xərçəngi terapiyası uğurla müalicə olunur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı alimlər iddia edir ki, xoşxassəli döş xərçəngini 11 günə sağaltmaq mümkündür. Biz bu yazıda oxucuları Londonda Xərçəng Araşdırmaları İnstitutunun alimlərinin milyon qadının sağalacağına ümid verən kliniki innovasiya təcrübələri ilə tanış etmişik.
Döş xərçənginin müalicəsi yolları
Yeni tədqiqat HER2 xoşxassəli süd vəzi xərçəngi üzərində cəmi 11 gündə qəribə təsir göstərib. Məlum olub ki, lapatinba və trastuzumaba preparatlarının kombinasiyası süd vəzi xərçənginin müalicəsi üçün uğurla tətbiq edilə bilər. Bu preparatlar süd vəzi xərçənginin müalicəsində geniş istifadə olunur, amma araşdırmada onlar ilk dəfə birlikdə tətbiq olunub.
Londondakı Xərçəng Araşdırmaları İnstitutunun bazasında, Mançester Universitetinin və Cənubi Mançester Universitet Hospitalında süd vəzi xərçənginin yeni müalicə metodikası ilə bağlı tədqiqat keçirilib.
Xoşxassəli xərçəngdən əziyyət çəkən 257 qadın müalicə üsuluna əsasən iki qrupa bölünüb. Bir hissəsi üzərində dərman preparatlarının kombinasiyası sınaqdan keçirilib, digər hissəsinə isə adlarını çəkdiyimiz dərmanlardan sadəcə biri tətbiq olunub. Tədqiqatın nəticələrini ən yaxşı şəkildə qiymətləndirmək üçün əməliyyatın başlanğıcında biopsiya nümunələri götürülüb.
Nəticələr göstərib ki, hər iki preparatı birlikdə qəbul edən qadınlarda nəzərəçarpacaq dərəcədə toxumaların bərpası uğrunda cavab verən Ki67- zülal azalması olmayıb. Bu qadınların 11%-nin orqanizmində fəal xərçəng hüceyrələri aşkar edilməyib. Hər iki preparat qəbul edən qadınların 17%-də xəstəliyin çox az qaldığı bildirilib.
Nəticə etibarı ilə trastuzumab və lapatinib preparatları xərçəng hüceyrələrini məhv edib. Ənənəvi kimyəvi müalicə üsulunda isə hətta orqanizm üçün faydalı olan bütün hüceyrələr də tamamilə məhv edilir. Bu isə öz ardınca çoxlu əlavə neqativ effektlər gətirir.
Döş xərçənginin müalicəsinə belə yanaşmanın əsas üstünlüyü ondadır ki, gələcəkdə o, gələcək xəstələri kimyəvi müalicə üsulu və əməliyyat zərurətindən xilas edə bilər. Bu da o deməkdir ki, xəstələr kimyəvi müalicənin saç tökülməsi, qusma, dözülməz ağrı və xroniki yorğunluq kimi əlavə təsirlərindən əzab çəkməyəcək.
Həkimlər bildirib ki, əldə edilmiş nəticələr gələcəkdə də tədqiqatların aparılması üçün möhkəm təməldir. Xərçəng İnstitutunun aparıcı tədqiqatçısı Cudit Blis iddia edib ki, daimi kimyəvi terapiya qadınların sayını azalda və uzunmüddətli əks təsirlərə gətirib çıxara bilər".
Statistikaya görə, döş xərçəngindən əziyyət çəkən hər beşinci qadın - xərçəngin daha ağır formasına malikdir. Bu tədqiqatların nəticələri dərman deyil, bununla belə bu tibbi irəliləyiş dəhşətli xəstəliyin müalicəsi və gələcək tədqiqatlar üçün möhkəm zəmin olacaqdır.
Unutmayın ki, profilaktika xəstəliyin ən yaxşı dərmanıdır. Vaxtında ginekoloq və mamloqa müayinəsi, eləcə də sağlam həyat tərzi - qadın sağlamlığının açarıdır.