Mövsümün ən dadlı meyvələrindən biri də üzümdür. Üzümün müxtəlif növləri olsa da, hər biri orqanizm üçün şəfa qaynağıdır.
Metbuat.az xəbər verir ki, üzümün növləri arasında ən faydalısı qara üzümdür. Qara üzüm qan yaradır. Bədəndəki artıq yağları əridir. Toxumları və qabığı ilə yeyildiyi zaman maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda, qara üzüm xərçəngə yoluxma riskini azaldır.
Qara üzüm şəfa məqsədi ilə necə istifadə edilir?
Gündə 2 dəfə səhər yeməyindən 2 saat sonra və axşam yeməyindən bir saat öncə 2 və ya 3 ədəd qara üzüm toxumunu döyün və istifadə edin. 10 gün ərzində tətbiq edəcəyiniz bu qaydanı bir həftə ara verib təkrar edə bilərsiniz.
Qeyd edək ki, üzüm həzmsizliyin qarşısını alır, bağırsaqların sürətlə işləməsini təmin edir. Aparılan araşdırmalara görə, üzüm toxumu antioksidantla zəngin olduğu üçün döş xərçənginə faydalıdır. Gündə bir kasa və ya bir stəkan istifadə edilən üzüm suyunun döş xərçəngi ilə bağlı meydana gələn şişləri əngəllədiyi ortaya çıxıb.
Üzüm yaddaşsızlığa çox faydalıdır. Şagird və tələbələrin bolca yeməsi məsləhətdir. Eyni zamanda, yorğunluq və stressdən azad olmaq üçün üzüm yeyə bilərsiniz.
Üzümün əks təsirləri var?
Üzümün sağlamlıq baxımından heç bir zərəri yoxdur, ancaq hər meyvədə olduğu kimi üzümün də tərkibində olan şəkərə görə, diabet xəstələrinin yeməməsi məsləhət görülür.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub