İnsanlar uzun əsrlər boyu elektrik olmadan şam işığı ilə yaşayıblar. Əsrlər əvəzləndikcə elektrik enerjisi, mobil telefonlar, kompüterlər yarandı.
Əcdadlarımız çox vaxt gecənin düşməsini gözləmədən hava qaralar-qaralmaz yatardılar. Bu, onların sinir sistemini və görmə qabiliyyətlərini tənzimləyirdi.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, elektron cihazların daimi istifadəsi isə əsəbləri tarıma çəkir, sağlamlığımıza ciddi ziyan vurur.
Gəlin düşünək, gün ərzində neçə dəfə sosial şəbəkə hesablarımızı yoxlayırıq? Televizor və kompüter önündə neçə saat vaxt keçirdirik?
Araşdırmalar göstərib ki, süni işığın təsiri melantolin adlı yuxu tənzimləyən hormonun yaranmasının qarşısını alır. Odur ki, çoxumuz yuxusuzluqdan şikayət edirik. Təbii qaranlıq isə bədən hüceyrələrimizi zədələrdən, ürək ağrılarından, immunitet zəifliyindən və s. qoruyur. Bir sözlə, vücudumuz yuxu hormonu olan melantolini artırmaq üçün qaranlığa ehtiyac duyur. Əks halda orqanizm şəkərli diabed və müxtəlif xərçəng növlərinə meyilli olur. Həmçinin melantolinin miqdarı artarsa qocalma prossesi də ləngiyər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub