Vitamin D ‘soyuqdəymə və qripin qarşısını ala bilər

807
Vitamin D ‘soyuqdəymə və qripin qarşısını ala bilər

Tədqiqatçılar iddia edirlər ki, vitamin D qida əlavələri, hər il Britaniyada üç milyondan çox insanı soyuqdəymə və ya qripdən qoruya bilər.

Bu günəş vitamini, sağlam sümüklər üçün vacib olduğu qədər, immun sistemi üçün də böyük rol oynayır.

British Medical Journal-da (Britaniya Tibb Jurnalı) dərc olunan tədqiqat, qidaların vitaminlə zənginləşdirilməsinin vacibliyini iddia edir.

Mynews.az BBC-yə istinadən bildirir ki, İngiltərə İctimai Sağlamlığı Təşkilatının (Public Health England - PHE), infeksiya ilə bağlı məlumatın hələ dəqiq olmamasını bildirməsinə baxmayaraq, qida əlavələrini də məsləhət görür.

Orada deyilir ki, vitaminin qəbulu, sümük və əzələ sağlamlığı üçün nəzərdə tutulmalıdır.

İmmun sistem vitamin D-dən, bakteriya və viruslarda deşik açan antimikrob silahların yaranmasında istifadə edir.

Lakin, dərimiz günəş altında vitamin D yaradır və buna görə də bir çox insanlarda qışda vitamin səviyyəsi aşağı olur.

Vitamin D-in qidaya birbaşa yeridilməsi ilə bağlı fikirlər mövcuddur

Qida əlavələrinin istifadəsi ilə bağlı tədqiqatlar qarışıq nəticələr verdiyindən, tədqiqatçılar dəqiq cavab almaq üçün 11,321 adam üzərində 25 fərqli sınaq aparıblar.

London Queen Mary Universitetindən (QMUL) olan komanda, burun axma, qrip və pnevmoniya kimi xəstəliklərə səbəb olan tənəffüs yolu infeksiyalarını analiz ediblər.

Ümumi olaraq, tədqiqat göstərib ki, vitamin D əlavəsi qəbul edən 33 nəfərdən biri infeksiyaya yoluxmur.

Həblər, aylıq yüksək dozadansa, gündəlik və ya həftəlik qəbul edənlər və hər şeydən əvvəl vitamini çatışmayanlar üçün yaxşı nəticələr göstərib.

Vitamin D nə üçün vacibdir?

Rickets

Onun əsas funksiyası, bədəndəki kalsium və fosfatı nizamlamaqdır. Bu, sağlam sümüklər, dişlər və əzələlərin inkişafı və qorunması üçün çox mühümdür.

Ən pis halda, uşaqlarda sümüklərin yumşaq və zəif olduğu, böyüdükcə əyri inkişaf etdiyi raxitliyə yol açır.

Böyüklərdə isə vitamin D çatışmazlığı, kəskin sümük sızıltıları və əzələ ağrıları ilə müşayiət olunan osteomalyasiya əmələ gətirir.

 

Lakin, balans qorunmalıdır, çünki, artıq vitamin D kalsiumun yüksəlməsinə və bu da, ürək və böyrək üçün problemlərə səbəb olur.

Xronik vəziyyəti olan və ya dərman qəbul edənlər, mütləq həkimdən məsləhət almalıdırlar.

Tədqiqatçılardan biri professor Adrian Martineau deyib: " Britaniya əhalisi sayının 65 milyon olduğunu və onun ən az 70%-nin hər il tənəffüs yolu ilə keçən infeksiyalara yoluxduğunu nəzərə alsaq, bu, gündəlik və ya həftəlik vitamin D əlavələri qəbul edən 3.25 milyon insanın ildə yalnız bir dəfə yoluxacağı anlamına gəlir."

PHE sağlam sümük və əzələlər üçün hər kəsin payız və qış aylarında vitamin D qəbul etməsini məsləhət görür.

Onlar, qocalar evində yaşayan və ya qalın geyinən insanların daha az günəş şüası ilə təmasda olduqları səbəbi ilə, ilboyu vitamin qəbulunu tövsiyə edirlər.

Çoxlu günəş işığı alan insanların bədənləri təbii olaraq vitamin D yaradır

Fəqət, son araşdırmanın vacibliyi haqqında geniş müzakirələr gedir.

PHE-in qidalanma elmi üzrə professoru Louis Levy deyib: "Vitamin D və infeksiya üzrə dəlil, ziddiyyətlidir və tədqiqat, vitamin D-in tənəffüs yolları ilə yoluxan infeksiyalar riskini azaltdığını sübut etmir."

Lakin, Birmingham Universiteti və Endikrinologiya Cəmiyyətindən professor Martin Hewison nəticələri, "fövqəladə" adlandırıb.

"Mən, müəlliflərin vitamin D-in sümük sağlığından əlavə şeylər üçün xeyirli olduğu fikri ilə razıyam ," o əlavə edib.

Tədqiqatı maliyyələşdirən NHS-in araşdırma orqanı Milli Sağlamlıq Tədqiqatı Institutu, nəticələri "gələcək müzakirələrə dəyən" kimi qiymətləndirib.

QMUL tədqiqatçıları, vitamin D-in ABŞ-da südlərə əlavə edildiyi kimi, qidaya yeridilməsinin tərəfdarıdırlar.

Professor Martineau söyləyib: " Qidaların vitamin D ilə zənginləşdirilməsi, vitamin D çatışmazlığından əziyyət çəkən bəzi ölkələr üçün davamlı mənbə ola bilər."

"Vitmain D-in bu yeni xeyrini göstərməklə, Britaniya kimi vitamin D çatışmazlığının ümumi hal olduğu ölkələrdə qidaya yerdilməsi, onun artmasına kömək olacaq."

Xəbər lenti