Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəstəliyi “qanadlandıran” içkilər - Xərçəng təhlükəsi

Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilsə də, buna müvəffəq olunmayıb.

Cebhe.info xəbər verir ki, tərkibində süni kofein olan belə içkilərin Azərbaycanda satışı yalnız məktəb bufetlərində qadağan olunub. İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə, gənclər arasında çox yayılıb. Bəzi Avropa ölkələrində, məsələn, Norveçdə, Danimarkada, Fransada bu içkilərin sərbəst satışı qadağandır.

Azərbaycanda hazırda bazarda müxtəlif adda energetik içkilər satılır. 

1980-ci ilin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədilə istifadə etməyə qərar verdiyi içkini icad edib və istifadəsinə başlamışdı. Hazırda isə “Red Bull” energetik içki bazarının 70 faizini əhatə edir.

Energetik içkilər əhvalın yaxşılaşmasına və əqli fəaliyyətin stimullaşmasına xeyirlidir. Lakin energetik içkiləri dozayla ciddi uyğunluqda istifadə etmək lazımdır. Günə 2 şüşə maksimal dozadır. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.

Daha bir məqam, hər bir stimulyator kimi energetik içkilərin tərkibində olan kofein əsəb pozğunluğuna gətirib çıxara bilər. Onun təsir gücü ortalama 3-5 saat sürür, sonra isə orqanizm istirahətə ehtiyac duyur. Bundan əlavə, kofein asılılıq da yaradır. Tərkibində qlükoza və kofein birləşməsi olan içkilər cavan orqanizm üçün çox ziyandır. Bir çox energetik içkilərin tərkibində sürətli ürək döyüntüsü və titrətməyə səbəb olan B vitamini mövcuddur. Fitnes sevənlər unutmamalıdırlar ki, kofeinin bunlardan əlavə güclü sidikqovucu təsiri mövcuddur. Fiziki aktivlik zamanı orqanizm külli miqdarda maye itirdiyi üçün məşqlərdən sonra energetik içki içmək düzgün deyil.

Energetik içkilərin tərkibində, həmçinin taurin və qlyukoronlakton da mövcuddur. Habelə bu cür içkilərdə taurinin səviyyəsi qida ərzaqlarında yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlyukoronlaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Alimlər hətta indiyə kimi bu cür tərkib hissənin orqanizmə necə təsir göstərdiyini və kofeinlə necə qarşılıqlı əlaqəyə girdiyini dəqiq bilmirlər. Buna görə də bu cür qidalarda yüksək dozadan təhlükəsiz istifadə hələ də müəyyən edilməyib və bu məsələ hələdə araşdırılmalıdır.

Dietoloq Leyla Zülfüqarlı Cebhe.info-ya açıqlamasında deyib ki, energetik içkiləri sağlam qidalanma predmetləri arasına salmaq düzgün deyil:

 “Energetik içkilərin heç bir xeyri yoxdur. Biz qidaları tək kalori üzərindən hesablamırıq. Bu içkilər isə ümumiyyətlə, adından da göründüyü kimi, kalorisi çox olan içkilərdir. Biz eyni zamanda bu içkilərin tərkibinə baxmalıyıq. Əgər bir qidanın tərkibində CO4 mövcuddursa, bu, artıq ziyandır. Biz hətta yerdən təbii halda qazlı şəkildə çıxan içkilərin qazını çıxarıb içməyi tövsiyə edirik. Eyni zamanda, bu cür içkilərin tərkibində bir çox əlavə qatqılar var. Bu qatqılar insanın dilinin üzərindəki dad reseptorlarını ciddi şəkildə aktivləşdirə bilir. Sonralar bu reseptor mərkəzini idarə etmək çətinləşir. İnsan artıq dolayısı ilə o cür içkilərdən asılı duruma düşür. Çünki biz dilimizin üzərində olan həmin məxsusi reseptor mərkəzini aktivləşdirmişik, sonra isə bu mərkəz yaddaşında qalan həmin dadı yenidən istəyir. Bu cür içkilər ayda 1 dəfə qəbul edildiyi vaxt asılılıq yaratmır. Amma insan heç vaxt bu cür içkiləri ayda 1 dəfə qəbul etməyə özünü inandıra bilməyəcək. Bu baxımdan biz həmişə təbii içkilərə üstünlük verilməsini tövsiyə edirik. Sudan daha üstün unikal tərkibə malik olan bir içki yoxdur. Təbii meyvə sularını içmək tövsiyə olunur. Bu baxımdan energetik suları sağlam qidalar sırasında görmürəm. Bir sözlə, energetik içkilər çox ziyanlıdır. Energetik içkilərin qlikemik indeksi çox yüksəkdir. Ani vaxt kəsiyində qanda şəkəri yüksəldir. Tərkibində asılılıq yaradan qatqılar var, taurin və kofein kimi asılılıq yaradan maddələr var. Energetik içkilərə əlavə olunan süni qazlar, karbon oksidi, toksiki maddədir. Bu kimi qazlı içkilər nəticədə xərçəng xəstəliyi yaradır”.

Və sonra energetik içkilərdən təhlükəsiz istifadə qaydalarını diqqətə çatdırırıq:

- Tövsiyə edilən gündəlik dozanı aşmaq, yəni sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz.

- Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür.

- Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz və məhz bunu daima klub müştəriləri edirlər. Kofein qanın təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir. Yeri gəlmişkən, bədənimiz 3-5 saata kofeindən təmizlənir. Belə olan halda bu müddət ərzində tərkibində kofein olan digər içkilərdən (çay, kofe) istifadə tövsiyə edilmir. Əks təqdirdə ortalama doza üstələnə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...