Fiziki və anatomik qüsurları olmayan kişilər iqtidarsızlığa yol aça bilən ciddi proseslə qarşılaşırlar. Cinsi həyatını qeyri-normal yaşayan kişilər, xüsusilə gənclər erkən boşalma halı ilə uğursuz bir hiss yaşayır. Qadınları narahat edəcək bu faktor kişilərdə erkən boşalma və ailədə erkən boşanma hadisəsinə gətirib çıxarır. Erkən yaşlardan erkən boşalmanın olması yeni evlənənlərdə və toy gecəsi baş verən narahatlıq hallarında ciddi nöqsana səbəb olur. Erkən boşalmanın həm ailə, həm də kişinin özü üçün belə bir mənfi hal yaratmasının qarşısını almaq üçün mütləq onun uğrunda mübarizə aparmaq lazımdır.
Mynews.az sizə erkən boşalma və onun aradan qaldırılması yolları haqqında məlumat verir.
Erkən boşalma, kişi cinsiyyət sistemi pozulmalarının içində ən çox görülənlərdəndir. İlk növbədə əksər kişilərin bu vəziyyəti yaşamasını nəzərə alsaq cinsi həyatın nə qədər uğursuz olmasını müəyyənləşdirə bilərik. Bu prosesin həllini tapmaq üçün uroloq-androloq ixtisaslı mütəxəssislərin tam nəzarəti altında olmaq vacibdir. Bu problemin qarşısını almaqla möhkəm bir kişi-qadın münasibətini yaratmaq mümkündür. Bir çox kişilər cinsi əlaqə zamanı, xüsusilə kənarda tez-tez əlaqədə olanlar tez boşalmayla üzləşirlər.Bəzi kişilər cinsi yaşamın ilk dövrlərində daha erkən boşalırsa, getdikcə boşalmanı nəzarət alıtnda saxladıqları üçün və daha gec boşalmağa başladıqlarını, ancaq ani olaraq erkən boşalmanın bir çətin proses olduğunun fərqinə varmırlar. Bir qismi isə elə başlanğıcdan belə bir şikayətlərlə tez-tez qarşılaşırlar.
Diaqnozu:
Erkən boşalma, kişinin cinsi vəziyyəti normal olan bir qadını təxmin etmədən (orqazm) öncə eakulyatın boşalmasıdır (eakulyasiya). Ancaq burada önəmli olan, kişinin nə qədər vaxtda boşalmasından çox, boşalmanın istədiyi zamanda olub-olmamasıdır. Təxminən 25%-də rast gəlinir. Kişidə orqazm və boşalma penis (kişi cinsiyyət üzvü) vaginal sahəyə (uşaqlıq yoluna) girdikdən 2-3 dəqiqə sonra baş verməlidir. Nəzərə alaq ki, qadında normal fizioloji orqazm penis vaginal sahəyə girdikdən 12-14 dəqiqə sonra olur.
Ancaq əksər qadında sadəcə penisin vaginal sahəyə girməsi ilə orqazm baş vermir, digər şəhvət hissi yaradacaq vəziyyətlər tətbiq olunmalıdır. Qadınların təxminən 10%-də isə cinsi əlaqə və şəhvət yaradıcı vəziyyətlərin olmasına baxmayaraq orqazm baş vermir. Buna görə psixoloji və medikoterapiya aparılması tövsiyyə olunur.
Səbəbləri:
Erkən boşalmada bir çox faktor rol oynayır. Uzun müddət heç bir cinsi münasibəti olmayan, cinsi həyəcanın yüksək və bir az gərgin bir şəkildə sürətli cinsi əlaqə yaranması riski yüksəlir. Ümumiyyətlə, əlaqəyə girmədən öncəki vəziyyəti təsir edici faktordur. Rahat olmayan yerdə, təcili sürətdə olan təqdirlərdə erkən boşalma halı baş verə bilir. Digər səbəblər arasında isə günah hissi, xəstəlik olma qorxusu, hamilə saxlayacaq gərginliyi, cinsi təlimsiz, həddən artıq istəyin şiddətli bir arzu kimi psixoloji faktorlar qeyd oluna bilər.
Hamilə qalmasın deyə xaricə (çölə) boşalma, erkən boşalmağa səbəb olur.Əksər hallarda prostatın iltihabı (prostatit) kimi kişi cinsiyyət üzvünün xəstəlikləri də önəmli sayıla biləcək səbəblərdəndir. Mastrubasiya (əl vasitəsilə), xüsusilə qısa vaxt ərzində etmək gələcəkdə erkən boşalmağa səbəb ola bilər. Həddən artıq mastrubasiya ilə məşğul olanlar erkən boşalma halı ilə qarşılaşırlar.
Müalicəsi:
Erkən boşalma, tərəflərin hər ikisinin müailcəsi ilə daha yaxşı şəkildə düzələ bilər. Problemin dərmanla müalicəsi mümkündür.Lakin əsas olan, kişinin boşalmasına nəzarət edə bilməsidir. Boşalmağa nəzarət etmək üçün cinsi həyəcanı sakitləşdirmək və normallaşdırmaq lazımdır. Krem və spreylər lokal anestetiklər (hissiyatın itirilməsi üçün) ilə boşalmanı gecikdirməkdən çox penisin hissiyatını azaltdığı üçün, təmasdan sonra cinsi zövqü azaldır.
Bu lokal anestetiklər cinsi əlaqə zamanı vaginanın (qadın cinsiyyət orqanı) divarından sorularaq bu toxumaların da həsasslığını azaldır, qadının orqazm olmasını da gecikdirir və bunu adəti hala sala bilir. Bu səbəbdən bu tipli sprey və kremlərdən tibbi praktikada diqqətlə istifadəsi məsləhət görülür. Erkən boşalmağın qarşısını almaq üçün bəzi həblər istifadə edilir. Mütləq uroloqun müayinəsi və nəzarəti altında ciddi müalicə olunmalıdır. Prezervatiz (qoruyucu) istifadəsi penisdəki (kişi cinsiyyət orqanı) həssaslığı və həddən artıq hiss olunmanı azalda biləcəyindən, hamilə qalınmaması üçün köməkçi vasitədir.
Cinsi əlaqə zamanı partnyorların müvazinətini pozmadan, başqa bir vasitələr düşünmək və diqqətli nəzarət olunmalıdır. Dərin nəfəslər alıb sakitləşməyə çalışmaq bir qədər də olsa kömək edə bilər. Cinsi əlaqədən öncə və zamanı, zehni və ruhi olaraq yaşamaq, sakitləşdirmək önəmli sayılır.
Bütün bunlardan əlavə partnyorun köməyi ilə istifadə olunan bəzi metodlar vardır:
Sıxışdırma texnikası: Boşalma yaxşınlaşdığı vaxtda penisin başı, sərtliyin bir qismi itənə qədər sıxılır.
Başla-dur texnikası: Bu texnikası 3 dəfə ard-arda boşalma olana qədər kişi hissiyatlanır, ancaq boşalma zamanı olmadan həmən əvvəl cinsi siqnal kəsilir. Dördüncü mərhələdə isə boşalmağa icazə verilir. Həftədə bir neçə dəfə, kişi boşalmasına nəzarət edənədək təkrarlanır.
Cinsi əlaqə vəziyyəti: Daha sonrakı mərhələdə qadının üstdə olduğu və kişinin çox hərəkətli olmadığı pozisiyalarda nəzarət daha asan olur. Kişinin üstdə olduğu klasik cinsi əlaqə pozisiyası boşalmanın gecikdirilməsi üçün əlverişli bir vəziyyət deyil.
Psixoloji müalicə: Erkən boşalmanın ruhi-psixi haldan asılı olduğu vaxtlarda istifadə edilir. Bu vəziyyətlərdə, partnyorun köməyi ilə səbirli və sakit halda həll etmək mühüm bir şərtdir.
GoldNews.az