Əsasən Şərq ölkələrində ədviyyat kimi istifadə olunan sumax xörəklərə qeyri-adi xoş dad verir.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, turş dada görə sumaxı "sirkə ağacı" da adlandırırlar. Sumax hətta eramızdan əvvəl Qədim Romada istifadə olunurdu.
Sumax tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Bitki olduqca güclü mikrob, iltihab və göbələk əleyhinə təsirə malikdir.
Sizə sumaxın 10 faydasını təqdim edirik.
1. Bu ədviyyat artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır - iltihabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Həmçinin ədviyyat xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.
2. Soyuqdəymə zamanı 1 çimdik sumaxı 1 fincan isti suda dəmləyin, bir qədər soyuyanda bal əlavə edin və için. Bu çox effektli iltihabəleyhinə və hərarət salan vasitədir.
3. Sumax ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında çox effektlidir.
4. Sumaxın xərçəng əleyhinə təsiri var.
5. Sumaxın sidikqovucu və iltihabəleyhinə xüsusiyyətləri onu sidik ifrazı sistemi iltihabları zamanı çox faydalı edir.
6. Arıqlamaq istəyənlər mütləq bu ədviyyatı qidalarına əlavə etməlidir. Sumax piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır.
7. Sumax şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə kömək edir.
8. Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumaxı isti suda dəmləyin və bu su ilə ağzınızı qarqara edir.
9. Sumax orqanizmi toksinlərdən, şlaklardan, ağır metallarını duzlarından təmizləyir.
10. İshal zamanı sumax dəmləməsi bağırsaqlara antiseptik təsir edir (mikrobları öldürür) və bağırsaqları yığır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub