İnsanların çoxu, xüsusilə, gənclər sızanaqlarla mübarizə aparır.
Metbuat.az xəbər verir ki, hormonal dəyişikliklər, stress, zəif immunitet sistemi və düzgün olmayan qidalanma kimi səbəblər dərinin məsamələrini tıxayaraq yağ yığılmasına səbəb olur.
Kosmetoloqlar deyir ki, sızanaqların müalicəsində ən yaxşı üsul düzgün təmizlik və qidalanma rejimidir. Həmçinin, ev üsulları ilə bu problemdən xilas olmaq mümkündür.
Alma sirkəsi sızanağa səbəb olan bakteriyaları öldürərək anti-bakteriyal və antiseptik təsir göstərir. Tərkibindəki “Alfa-hidroksi asit” ölü dəri hüceyrələrini tökür və dəri məsamələrini təmizləyir.
İltihabəleyhinə olduğu üçün qızarıqlıq, şişkinlik və ağrını azaldır. Alma sirkəsi sızanaqların sağalma müddətini sürətləndirən və yara əmələ gəlməsinin qarşısını alan vitamin və minerallarla zəngindir. Sızanaqları qurudur.
Necə istifadə olunur?
Alma sirkəsi təkbaşına ya da digər maddələrlə qarışdırılıb istifadə oluna bilər. Pambığı alma sirkəsinə batırıb problemli bölgəyə tətbiq edin və qurumasını gözləyin. Daha sonra su ilə yaxalayın və nəmləndirici tətbiq edin. Bu prosesi hər gün təkrarlaya bilərsiniz.
Qeyd: Həssas dəriniz varsa, alma sirkəsini su ilə qarışdırın.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub