Bu ilin avqust ayı ərzində əhali arasında 29 qida zəhərlənməsi hadisəsi baş verib.
Mynews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 40 nəfər zərərçəkən olub. Ötən ay botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişət şəraitində baş verib.
Ümumilikdə isə bu ilin 8 ayı ərzində (yanvar-avqust) 255 qida zəhərlənməsi baş verib ki, nəticədə 388 nəfər zərər çəkib. Həmin müddət ərzində 11 botulizm hadisəsi baş verib. Bunun nəticəsində isə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Botulizmdən baş verən ölüm halları bu ilin yanvar ayında Şəmkirdə, fevralda isə Goranboy və Abşeronda qeydə alınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub