Qurani-Kərimdə adı keçən 12 QİDA MƏHSULU və FAYDALARI

880

Müqəddəs Kitabımız Qurani-Kərimdə 12 qida məhsulunun adı keçib.

Qurani-Kərimdə adı keçən 12 QİDA MƏHSULU və FAYDALARI

Bu qida məhsullarını və onların faydalarını oxucularına təqdim edirik.

1. Əncir (Tin surəsi, 1-3 ayələr)

Əncirin tərkibindəki vitamin və minerallar orqanizmə enerji verir. Bununla yanaşı soda, potasium və maqneziumla da əncirin tərkibi çox zəngindir. Əncirin tərkibində C vitamini ilə yanaşı B3, B6, B2 və K vitaminləri var. Ürək üçün faydalıdır. Qan təzyiqini stabilləşdirir, orqanizmi təmizləyir. Həzm sisteminə faydalıdır. Qəbzə qarşı əla vasitədir. Ağrıları azaldır və dəri xəstəliklərində təsirlidir.


2. Üzüm (Bəqərə surəsi, 266-cı ayə)

Üzümün tərkibində bol miqdarda protein var. Bu isə orqanizmi enerji ilə təmin edir. Bundan başqa niasin, riboflavin, tiamin kimi maddələr də var. Üzümün tərkibindəki kalsium sümüklərə faydalıdır.


3. Nar (Ənam surəsi, 99-cu ayə)

Narın tərkibində dəmir, potasium və digər faydalı maddələr var. Qış aylarında həzm sistemini gücləndirir. Orqanizmdəki xolesterol və şəkər səviyyəsini stabilləşdirir. Xərçəng hüceyrələrinin inkişfına mane olur.


4. Gilas (Vaqiə surəsi, 28-33-cü ayələr)

Gilas çox güclü antioksidant mənbəyidir. Tərkibində A vitamini çoxdur. Baş ağrısı zamanı 15-20 gilas yemək ağrıya qalib gəlməyə kömək edir. Bundan başqa gilasın tərkibində dəmir və maqnezium kimi maddələr də var.


5. Banan (Vaqiə surəsi, 28-33-cü ayələr)

Banan böyrəklərə faydalıdır və bağırsaqdakı bakteriyaları öldürür. Metobolizmə kömək edir və həzmi dəstəkləyir. Bundan başqa bananın tərkibi faydalı maddələrlə zəngindir. Dəri üçün də faydalıdır.


6. Xurma (Nəhl surəsi, 11-ci ayə)

Xurma DNA strukturu və hüceyrələrin yenilənməsinə yardım edir.  Tərkibi faydalı maddələrlə zəngindir. Ümumi olaraq protein, lif və müxtəlif turşularla yanaşı 16 fərqli vitamin və mineral xurmanın tərkibini daha da zəngin edir. C vitamini həzm immun sistemini gücləndirir. Xərçəng riskini azaldır.


7. Yabanı xiyar (Bəqərə surəsi, 61-ci ayə)

Yabanı xiyar orqanizmin enerjisini stabilləşdirir və həzmi asanlaşdırır. Qanı zəhərli maddələrdən təmizləyir.


8. Bal (Nəhl surəsi, 69-cu ayə)

Bal orqanizm üçün çox faydalıdır. Tərkibində orqanizm üçün faydalı olan bir çox maddə var. Balın faydaları haqqında danışmaqla bitməz.


9. Soğan (Bəqərə surəsi, 61-ci ayə)

Soğanın tərkibi C, B6 vitaminləri, biotin, xrom, kalsium ilə zəngindir. Bu isə insan orqanizmi üçün çox faydalıdır.


10. Mərcimək (Bəqərə surəsi, 61-ci ayə)

Mərcimək orqanizmdəki inflamasyonu azaldır, romatoid ağrısına müsbət təsir edir. Şəkər xəstələrinə faydalıdır.


11. Sarımsaq (Bəqərə surəsi, 61-ci ayə)

Sarımsaq güclü antibiotikdir. Sarımsağın tərkibində olan maddələr immun sistemini daha da gücləndirir.


12. Süd (Nəhl surəsi, 65-66-cı ayələr)

Südün insan orqanizminə faydaları barədə saatlarla danışmaq olar. Südün tərkibində olan təbii maddələr və kalsium orqanizm üçün çox faydalıdır. Bundan başqa süd dərini daha da gözəlləşdirir.

Xəbər lenti