Son illər məktəblilər arasında zəif görmə halları artıb. Şagirdlərin gözlərinin zəifləməsi qidadan tutmuş, müasir texnoloji vasitələrə qədər bir sıra səbəblərlə əlaqədardır.
Mynews.az bildirir ki, bu açıqlamanı Bakı şəhərinin baş oftolmoloqu Sevda Bəşirova verib. O deyib ki, hətta bağça yaşlı uşaqlara yazıb-oxumağı öyrətmək, onları buna məcbur etmək də gözü zəiflədən amillərdəndir.
Müayinələr və monitorinqlər göstərir ki, şagirdlərin gözlərində zəifləmə halları artib. Xüsusilə də ibtidai sinif şagirdlərinin gözlərində müayinələr zamani müəyyən problemlər ortaya çixib. Bakı şəhərinin baş oftolmoloqu Sevda Bəşirova hesab edir ki, bu problemi aşkarlamaq və vaxtinda aradan qaldirmaq üçün müəllimlər ilə valideynlər bir-birləri ilə six əlaqədə olmalidirlar.
Gözlərdə problem əsasən 7-9 və 12-14 yaş arası yaranır. Buna görə də qeyd edilən yaşlarda uşaqlar artıq oftolmoloqa göstərilməlidir. Bəzi valideynlər isə öz övladlarında bu problemi daha erkən yaşlarda aşkarlasalar da, onları müayinələrə aparmağı bir qədər təxirə salırlar.
Baş oftolmoloq isə deyir ki, əsas səbəblərdən biri uşaqlari erkən yaşda oxumağa vadar etməkdir. Yəni hətta bağça yaşlı uşaqlara yazıb oxumağı öyrətməyə çalışırıq. Bu isə balacalarin hələ formalaşmayan göz əzələlərinə mənfi təsir göstərir.
Həkimlər tövsiyyə edirlər ki, məktəblilərin qida rasionuna valideynlər xüsusi diqqət yetirməlidirlər. Xüsusilə uşaqlara ağartı məhsullari, meyvə-tərəvəz və həftədə ən azi 2 dəfə balıq yemək məsləhət görülür. Eyni zamanda telefon, planşet və kompüterdən fasilələrlə istifadə etmək lazımdır.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videosüjetini təqdim edirik: