Havalar soyuduqca immun sisteminin möhkəmləndirilməsi olduqca aktual məsələyə çevrilir.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bəzi çox sadə vasitələr bizə immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və qripp xəstəliklərinə tutulmamağa və ya bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.
Sizə ən sınanmış vasitələri təqdim edirik:
1. Arıçılıq məhsulları (bal, bərəmum, arı südü və s.). Bütün bu məhsullar immun sitemini çox yaxşı möhkəmləndirir və stimullaşdırır.
2. Süd məhsulları. Bağırsaqların mikroflorasının vəziyyəti immun siteminin səviyyəsi ilə sıx bağlıdır. Bağırsaq problemləri (ishal, qəbizlik, disbakterioz və s.) olan insanda immunitet aşağı səviyyədə olur. Bu səbəbdən bağırsaqların normal fəaliyyətini təmin etmək olduqca vacibdir. Bu işdə ən yaxşı köməkçimiz süd məhsullarıdır.
3. Exinaseya bitkisi. Bu bitkinin immun sistemini möhkəmləndirmək xüsusiyyətləri tibdə öz təsdiqini tapıb. Bu səbəbdən exinaseya immuniteti möhkəmləndirmək üçün olan çoxsaylı vasitələrin (damcılar, həblər və s.) tərkibinə daxil edilir.
4. Zəncəfil. Bu möcüzəli bitki də immun sistemini effektli şəkildə stimullaşdırır.
5. Aloe vera. Bu biki və onun şirəsi tibdə güclü immunostimulyator kimi tanınır və həm ənənəvi, həm də xalq təbabətində geniş istifadə olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub