“Xoşbəxtlik hormonu”nun mənbəyi olan MÖCÜZƏVİ MƏHSUL
Orqanizmin sağlamlığını təmin etmək üçün qida rasionunun düzgün seçilməsi əsas amillərdən biridir. Buna görə də qida məhsullarının seçimi zamanı onların tərkibinə diqqət yetirməklə, orqanizminə təsirini bilməklə sağlamlığımızn qayğısına qalmış olarıq.
Mynews.az modern.az-a istinadən bildirir ki, balıq yağının xalq təbabətində tətbiqinin əsrlərlə tarixi var. Bu yağdan bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunub və bu gün də dünyanın demək olar ki, əksər ölkələrində bu yağ sağlam qida məhsulu kimi populyarlıq qazanıb.
Balıq yağının tərkibi A, D, E vitaminləri və omeqa 3 yağ turşusu ilə zəngindir. Orqanizm üçün zəruri olan bu və digər maddələri özündə cəmləşdirən balıq yağı sağlamlığımıza necə təsir edir və hansı faydaları var?
1. Beynin fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.
2. Xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitədir.
3. İnfarkt riskini azaldır.
4. Qan təzyiqini aşağı salır.
5. Ürəyin fəaliyyəti üçün olduqca faydalıdır.
6. Xolesterinin miqdarını azaldır.
7. Bədən temperaturunu tənzimləyir.
8. Dəri, dırnaqlar və saçlarda problemlərin yaranmasına mane olur.
9. Görmə qabiliyyətini normada saxlamaq üçün əvəzsiz qida məhsuludur.
10. İmmun sistemini gücləndirir.
11. Orqanizmdə "xoşbəxtlik hormonu" adlandırılan serotonin istehsalını artırır.
12. İltihab əleyhinə xassəyə malikdir və infeksiyalara qarşı mübarizə aparır.
13. Uşaqlarda sümük və əzələləri inkişaf etdirir, zehni inkişafı sürətləndirir, boy artımını təmin edir.
Balıq yağından istifadə edərkən orqanizminizin fərdi xüsusiyyətlərinə uyğunluğunu və dozanın müəyyənləşdirilməsi üçün həkimlə məsləhətləşmək tövsiyə olunur.
Sağlamlıq
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1129 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 1125 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 1091 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 990 dəfə oxunub
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi 972 dəfə oxunub