Xəstəlik insan orqanizminin düşmənidir.İnsan xəstəliklə nə qədər mübarizə aparmağa çalışsa da bəzən onun öhdəsindən gələ bilmir.Hətta bəzi xəstəliklər vardır ki.Bu xəstəliklərlə qlobal mübarizə yöntəmlərindən istifadə edilir.Belə xəstəlikərdən biri də babasildir.
Bəzən insanlar babasil xəstəliyinin ilkin dövrlərində onu ciddiyə almır və tezliklə əlamətlərin aradan qalxacağını düşünür.Amma,bu belə deyil.
Mynews.az immunitet.az-a istinadən bildirir ki, babasil ən qorxulu ağırlaşmaya səbəb oluna bilən xəstəliklərdən hesab edilir.Bu səbəbdən də həkimlər babasilə yaxalanan xəstələrin xəstəliyin ilkin dövrlərindən müalicəyə başlamalarını tövsiyə edir.Çünki,xəstəliyin ilkin əlamətlərinin meydana çıxdığı zaman onun müalicəsinə başlamaq daha münasib və faydalı sayılır.
Babasil xəstəliyi aşağıdakılara səbəb ola bilir:
* İl ərzində 5 milyon adam düz bağırsaq xərçəngindən ölür.
* Təkcə Rusiyada il ərzində 550 min insan vəfat edir.Bu rəqəm əhali sayının nisbətinə görə Azərbaycanda da az deyil.
* Yer kürəsi əhalisinin hər 1000-dən 160 nəfəri babasildən əziyyət çəkir.
* Yer kürəsi əhalisinin orta yaşından yuxarı 50%-i babasildən əziyyət çəkir.
* Babasil 20-50 yaş arasında olan insanların 20%-də xərçəngə çevrilir.
Babasil nədir?
Babasil düz bağırsağın xəstəliyi olub,ilkin əlamətləri anusda diskomfort, geyişmə,ağrı hissi ilə insanı narahat edir.Babasilin əlamətləri aşağıdakılardır:
- düz bağırsaq və anus nahiyəsində narahatçılıq hissi
- qanaxma və ya nəcisdə qan görünməsi
- qaşınma və ya geyişmə
- babasil düyünlərinin çıxması
Bu əlamətlər əksər hallarda defekasiya aktı zamanı baş verir.Mütəxəssislər yuxarıdakı əlamətlərdən əziyyət çəkən adamların mütləq həkimə müraciət etməsini tövsiyə edir.Bu onları gələcədə baş verən təhlükələrdən qoruyar və rahat həyat sürmələrinin təminatçısı olar.