5 saatdan az yatanlar... - MÜTLƏQ OXUYUN!
Həkimlər xroniki yuxusuzluğun fəsadlarından danışıblar.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çoxsaylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qarşısını alır. Bundan əlavə peyvənddən sonra orqanizmdə anticisimlərin yaranması yuxunun keyfiyyətindən asılıdır.
Son tədqiqatlara əsasən sutkada beş və daha az saat yatanlarda digərlərinə nisbətən piylənmə riski iki dəfə artıqdır. Buna səbəb xroniki yuxusuzluğun toxluq və aclığa cavabdeh hormonun ifrazının zəifləməsidir. Bu hormonun balansının pozulması daimi aclıq hissinə səbəb olur.
Xroniki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiqi yüksəldir. Mütəxəssislərin fikrincə beş saatdan az yatanların orqanizmləri qlükozanın transformasiyasını zəiflədir ki, bu da qanda şəkərin artmasına səbəb olur.
Yuxuda orqanizm dərinin elastikliyinə cavabdeh hormonlar ifraz edir. Bu hormonlar qırışların əmələ gəlməsində həlledici rol oynayır. Yaxşı yuxu dəri hüceyrələrinin bərpasını yaxşılaşdırır, sərbəst radikalların onlara mənfi təsirini azaldır.
Yuxusuzluq sümük kütləsinin formalaşmasına maneələr törədir. Bu fakt isə sümüklərin zədələnməsinə səbəb olan bir sıra xəstəliklər yarada bilir.
Yuxusuzluq orqanizmə yalnız fiziki zərər vermir, depressiyalara, psixi pozuntulara da səbəb olur.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1164 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1121 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1111 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1042 dəfə oxunub