Payız özü ilə birgə müxtəlif xəstəlikləri də gətirir. Soyuq və yağışlı havalarda qrip və soyuqdəymə halları tez-tez baş verir. Xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün aptek preparatlarından istifadə edirik. Unutmayaq ki, ən faydalı dərman təbii tərkibli olmalıdır.
Mynews.az öskürəklə mübarizədə ən sadə və ucuz başa gələn ev şəraitində hazırlanmış möcüzəli həbin reseptini bölüşür. Bu üsul ən çox dərman içməkdən imtina edən uşaqlar üçündür.
Tərkibi:
· 1 stəkan şəkər tozu
· ½ stəkan su
· 1 xörək qaşığı limon suyu
· 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
· ¼ çay qaşığı üyüdülmüş mixək
· 1 x/q bal
Üzərinə səpmək üçün
· şəkər kirşanı
Hazırlanması:
Balaca qazana şəkər tozu,su,limon suyu,bal ,üyüdülmüş zəncəfil və mixək töküb qarışdırın. Ocağın altını yandırıb arabir qarışdıraraq qaynadın. Qatılaşmağını yoxlayıb tez ocaqdan götürün. Soba sinisinə və ya dəzgaha yağlı kağız sərib isti-isti qaşığın ucunda düymə böyüklüyündə az-az tökün.
Bərkiməsi üçün kənarda saxlayın. Bərkiyən konfetlərin üzərinə şəkər kirşanı səpin.
Sağlam olun! (publika.az)
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub