Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan insanların 60%-i Helicobacter pylori bakteriyanın daşıyıcılarıdır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, helicobacter pylori ən hiyləgər və təhlükəli bakteriyalardan biri sayılır. Sizə bi bakteriya haqqında 10 fakt təqdim edirik:
1. Helicobacter pylori (Hp) qastrit, mədə və 12 barmaq bağırsağı xorasının əsas səbəbidir. Bu səbəbdən insanda bu xəstəliklər varsa, o, mütləq bu bakteriyaya yoxlamalıdır.
2. Beynəlxalq xərçəng öyrənmə agentliyi (IARC) bu bakteriyanı 1-ci dərəcəli kanserogen (xərçəng əmələ gətirən) hesab edir.
3. Bu dünyada ən yayılmış infeksiyalardan biridir.
4. Hp bir insandan digərinə kontakt-məişət (qablardan, öpüşmə zamanı və s.) və fekal-oral ("çirkli əllər xəstəliyi") yolu ilə asanlıqla keçir.
5. Ailənin 1 üzvündə bu bakteriya aşkar olunubsa, bu o deməkdir ki, digər ailə üzvlərində də böyük ehtimalla bu bakteriya var.
6. Hp-nin çoxlu ştamları (növləri) var. Bəzi ştamlar daha təhlükəli, digərləri daha "təhlükəsiz" sayılır.
7. Helikobakter mədənin aqressiv turş mühitində asanlıqla yaşamaq və həmçinin antibiotiklərdən qoruyan xüsusi "silahlar" (bioplyonkalar) hazırlamaq xüsusiyyətlərinə malikdir.
8. Hp-nin bir sıra dəri xəstəliklərlə (dermatit, sızanaqlar, psoriaz, psoriaz və s.) əlaqəsi aşkar olunub.
9. Helikobakteri aşkar etmək çox asandır - bunun üçün xüsusi ureaz testi (tənəffüs testi) istifadə olunur.
10. Hp kompleks şəklində müalicə olunur (antibiotiklər, mədə turşuluğunu azaldan preparatlar). Müalicə qurtardıqdan 4 həftə sonra ureaz testi təkrarlanır. Test zamanı Hp aşkar olunmazsa, müalicə uğurlu sayılır.