Bunun üçün sizə hər evdə olan termometr kifayətdir…Qaydası çox sadədir.
Doktor Barns ev şəraitində. yatağınızdan belə qalxmadan istifadə edə biləcəyiniz testi yaratdı. Siz asanlıqla və tez bir zamanda. adi termometrin köməyi ilə bunu öyrənə biləcəksiniz.
Testdən keçmək üçün nə etmək lazımdır?
Yatmazdan əvvəl termometri hazırlayın, onu yaxşıca silkələyin. Temperatur orada təxminən 35 ° C olmalıdır. Ayılandan dərhal sonra termometri qoltuqaltına qoyun və orada on dəqiqə ərzində saxlayın. Sonra nəticəyə baxın və onu yazın. Bu nəticə “səhər bazal temperaturu” kimi tanınır. Normal bazal temperaturu 36,5 ° və 36,8 ° C aralığında olmalıdır.
Nəticə:
Əgər sizin bazal temperaturanuz 36,5 C ° və 36,8 ° C arasında yerləşirsə, onda sizin qalxanabənzər vəz normal işləyir.
Əgər səhər temperatur 36,5 C° aşağıdırsa, onda bu qalxanabənzər vəzinin (hipotireoz) funksiyası pis işləyir. Belə olan halda, digər simptomlara diqqət yetirmək lazımdır. Məsələn: Enerji çatışmazlığı, xroniki yorğunluq, depressiya, xroniki baş ağrıları, tez-tez soyuqdəymə, saç tökülmə əhvalın pisləşməsi, konsentrasiya və diqqət.
Əgər bazal temperaturanız 36,8 ° C-dən yüksəkdirsə , bu o deməkdir ki, sizin qalxanabənzər vəzdə problemlər yaranıb (hipertireoz) və ya orqanizminizdə hansısa iltihab prosesi gedir.
Maksimum dəqiq nəticə almaq üçün bu testin ardıcıl, üç gün keçirilməsi tövsiyə olunur. Əgər bütün bu müddət ərzində sizin bazal temperatur normal diapazondan yuxarı və ya aşağı olarsa, mütləq həkimlə məsləhətləşin.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub