Acı bibər çoxumuzun vaz keçə bilmədiyi bibər növüdür. Tərəvəz yeməklərində və ətin yanında bol-bol istifadə edilən acı bibərin faydaları yüz illərdir bütün mədəniyyətlər tərəfindən bilinir. Acı bibər dünyanın hər yerində və hər iqlim şəraitində yetişən tərəvəzdir. Bir çox yeməyi dadlandıran bu tərəvəz xüsusilə kalsium, kalium və vitaminlər baxımından olduqca zəngindir. Ondan bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Acı bibər ürək üçün çox xeyirlidir. Tərkibində ürəyin ehtiyacı olan qida maddələri olan acı bibər bədən istiliyini artırar və qan dövranını sürətləndirir. Bundan başqa, qan hüceyrələrinə yapışan toksinləri də təmizləyir.
Yüksək təzyiqi olan xəstələrə bu tərəvəz təklif edilir. Təpədən dırnağadək qan dövranını sürətləndirən acı bibər qan təzyiqini də tarazlayır. Tərkibində olan kapsaisin maddəsi xərçəng hüceyrələrinə öldürücü təsir edir. Buna görə də qan xərçəngi və ağciyər xərçəngi xəstələrinə məsləhət görülür. Araşdırmalar kapsaisinin xərçəng hüceyrələrini apoptosis mərhələsində öldürdüyünü göstərir.
Acı bibər mədə-bağırsağa da yaxşı təsir edir. Bağırsaq hərəkətlərini artıraraq həzmi sürətləndirən acı bibər mədədəki turşuluq və qaz kimi narahatlıqları aradan qaldırır.
Antifungal xüsusiyyətləri olan acı bibər göbələk problemlərində də təsirlidir.
Bundan başqa, tənəffüs yolu narahatlığı çəkən insanlardakı infeksiyaların aradan qaldırılmasında da əhəmiyyətli rol oynayır.
Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub